Page 165 - 1-ci cild
P. 165
Áåðíàðä Øîó

Epifaniya. Göstərmək üçün? Yadınızda saxlayın, mən,
onsuz da, maraqlı qadınam.

Həkim. Tibbi nöqteyi-nəzərdən – qətiyyən. Başqa hansı
baxımdan özünüzü maraqlı hesab edirsiz?

Epifaniya. Mən İngiltərənin ən maraqlı qadınıyam. Mən –
Epifaniya Onisanti di Parerqayam!

Həkim. Birinci dəfədi eşidirəm. Siz, yəqin, italyan
əsilzadəsisiz?

Epifaniya. Əsilzadə? Nədi, məni axmaq hesab edirsiz? Hələ
beş yüz il bundan əvvəl mənim babalarım bütün Avropanın puluna
nəzarət edirdi. İndi isə biz nəsillikcə bütün dünyanın bankirləriyik.

Həkim. Deməli, siz yəhudisiz?
Epifaniya. Mən son damla qanıma qədər xaçpərəstəm.
Yəhudilər pullarının az qala yarısını xeyriyyəçiliyə, sionizm kimi
cürbəcür fantastik şeylərə sərf edirlər. İş gəlib pula çatanda di
Parerqa nəslinin ən səfeh nümayəndəsi belə, ən ağıllı yəhudini
barmağına dolayar. Biz dünyada yeganə əsl aristokratiyayıq.
Həkim. Daha doğrusu, plutokratiyasız.
Epifaniya. Qoy olsun. Mən ən böyük plutokratam!
Həkim. Onda bilin ki, mən bu xəstəlikdən müalicə etmirəm.
Bu xəstəliyin mənə məlum olan yeganə müalicə-si – inqilabdır.
Ancaq onun müalicəsi çoxsaylı ölümlə nəticələnir. Bir də ki,
inqilab istənilən kimi alınmayanda xəstəlik daha da şiddətlənir.
Mən sizə heç cür kömək edə bilməyəcəyəm, işə tələsirəm.
Xudahafiz.

Epifaniya onu tutub saxlayır.

Epifaniya. Sizin işiniz elə budur da. Məni müalicə etmək
bəyəm sizin işiniz deyil?

Həkim. Yalandan xəstələnən varlılardan savayı da işim
çoxdur.

Epifaniya. Bəs sizin haqqınız yaxşı ödənsə necə?
Həkim. Mənə çox pul lazım deyil. Lazım olanı da öz
əməyimlə qazanıram.

165
   160   161   162   163   164   165   166   167   168   169   170