Page 169 - 1-ci cild
P. 169
Áåðíàðä Øîó

bil yatmamışam, ölmüşəm. Bir şey də istəsəm, mütləq istədiyimə
nail olmalıyam və oluram.

Həkim. Bəs siz tez-tez nə istəyirsiz?
Epifaniya. Cürbəcür şeylər. İstək məndə bir anda yaranır,
ildırım kimi, bundan sonra məni saxlamaq mümkün deyil.
Həkim. İnsan cürbəcür şeylər istəyirsə, demək, bu, istək
deyil.
Epifaniya. Beş dəqiqə bundan əvvəl mən sizi istədim. Artıq
sizi də əldə etmişəm.
Həkim. Yox, dayanın! Həkimi aldatmağa cəhd etmə-yin.
Əgər siz göydən Günəşi, Ayı, ulduzları əldə etmək istəsəniz, bu,
mümkün olmayacaq.
Epifaniya. Buna görə də çalışıram ki, onları əldə etmək
istəməyim. Mən ancaq o şeyləri istəyirəm ki, onları əldə edə
bilərəm.
Həkim. Çox gözəl. Sizin yaxşı əməli ağlınız var. İndi, misal
üçün, siz nə arzu edirsiz?
Epifaniya. Lənət şeytana, bədbəxtlik də elə bundadı! Təzə-
təzə pullar arzu etməkdən başqa, hələ ki, heç bir arzum yoxdu!
Həkim. Bəs kişiləri necə?
Epifaniya. Təzə bir Elester? Ya da Blenderblend? Bunlar
çox cılız arzulardır. Bax mən indi istədim ki, katerim olsun.
Həkim. Belə bir qəsəbədə kater satan nə gəzir?
Epifaniya. Buranın sahibinə deyin, elə birinci kateri
saxlayıb alsın.
Həkim. Belə şey olar? Hansı adam elə o dəqiqə öz katerini
satacaq?
Epifaniya. Siz heç buna təşəbbüs göstərmisiz?
Həkim. Yox.
Epifaniya. Ancaq mən almışam. Mənə avtomobil lazım
olanda onu elə şosedə saxlayıb almışam. Ya da kater istəyəndə
çayda, uzaqbaşı limanda almışam. Təzəsini alanda gərək neçə min
verəsən, bir gündən sonra isə ona heç əlli funt da vermirlər. Hansı
birini saxlayıb, üç yüz təklif etsən, heç bir sahib bundan imtina

169
   164   165   166   167   168   169   170   171   172   173   174