Page 171 - 1-ci cild
P. 171
Áåðíàðä Øîó

Epifaniya. Siz məni, Epifaniya Onisanti di Parerqanı belə
bir sınağa çəkməyə cürət edirsiz? Ümumiyyətlə, mənim kimi bir
xanımı sınağa çəkmək olar?

Həkim. Mən and içmişəm. Məndə də Edip kompleksi var.
Allah belə buyurubsa, mən başqa heç nə edə bilmərəm.

Epifaniya. Sizin ananız kim idi?
Həkim. Paltaryuyan dul bir arvad. O, on bir uşaq
böyütmüşdü. Mən ən kiçiyi idim, hamıdan da çox məni istəyirdi.
Qalan on nəfər vicdanlı sadə zəhmətkeşlərdir. Onların köməyi ilə
anam məni alim etdi. Onun ən böyük arzusu o idi ki, yazıb-
oxumağı bacaran bir oğlu olsun. Anam Allaha dua edirdi, Allah
da mənə istedad bəxş etdi.
Epifaniya. İndi siz elə güman edirsiz ki, mən bir
paltaryuyanın qabağından qaçacağam?
Həkim. Qorxuram ki, belə olsun. Siz bu cür sınağa tab gətirə
bilməyəcəksiz.
Epifaniya. Doğrudan? Bəs atamın mənə layiq ər üçün
qoyduğu şərtə necə baxırsız?
Həkim. Oho!.. Deməli, ər də sınaqdan keçməlidi? Bu, heç
mənim ağlıma gəlməyib.
Epifaniya. Yəqin, ananızın da ağlına gəlməyib, odur ki, mən
də indidən sizi xəbərdar edirəm. Mən sizə yüz əlli funt
verməliyəm, siz də yarım il ərzində bu pulu əlli minə
çatdırmalısız. Hə, bu sınaq barədə nə deyə bilərsiz?
Həkim. Tam dəqiqliyi ilə sizə deyə bilərəm ki, Allah qoysa,
sınaq müddəti qurtaranda bir penni də qalmayacaq.
Epifaniya. Deməli, boynunuza alırsız ki, məğlub oldunuz.
Həkim. Bəli, tam doğrudur.
Epifaniya. Siz elə bilirsiz, mən də məğlub olacağam?
Həkim. Şübhəsiz. Siz bilmirsiz ki, evsiz-eşiksiz dilənçi
vəziyyətində yaşamaq nə deməkdir, Allah elə etsin ki, heç vaxt
da bilməyəsiniz.
Epifaniya. İki yüz piast bizim pulla nə qədər edir?
Həkim. Anamın öldüyü günün kursu ilə təxminən otuz beş
şillinq.

171
   166   167   168   169   170   171   172   173   174   175   176