Page 175 - 1-ci cild
P. 175
Áåðíàðä Øîó

Kişi (acıqlı). Bəsdir. Biz dilənçi deyilik. Bu nə qədərlik bir
işdisə, o qədər də verəcəyəm, artıq yarım penni də yox. Siz, yəqin,
bilirsiz ki, bu şantajınızın qiyməti beş şillinqdir. Əgər bunu
bilirsizsə, deməli, bizdən artığını ala bilməyəcəksiz. Alın, bu da
sizin beş şillinqiniz, lənətə gələsiz!

Kişi sikkələri mizin üstünə atır.

Qadın. Ah, Co, niyə tələsirsən?
Kişi. Kəs səsini! İstəyirsən, bir-iki şillinq az verək?
Görmürsən, mümkün deyil. Mən onun ayaqqabılarına baxmadan
da başa düşdüm ki, hansı yuvanın quşudu. O, yaxşı bilir ki, bizi
yaxalayıb.
Epifaniya. Şantajla məşğul olmaq mənim xoşuma gəlmir.
Düzdü, ehtiyac olsa, bu, başqa məsələ. Bəlkə, sizdə mənim üçün
həqiqi bir iş tapıldı?
Kişi. İşimizə burnunuzu soxmaq üçün, hə?
Epifaniya. Burnumu soxmağa lüzum yoxdu, onsuz da, mən
hər şeyi bilirəm. Siz burda altı qadın işlədirsiz. Bax, o küncdəki
qaz pilətəsidi, deməli, bununla da qanunu pozursuz. Bu murdar
sanitar şəraiti də əlavə etsək, daha öyrənməyə başqa bir şey
qalmır. Siz mənim əlimdəsiz. Ya mənə elə bir iş verin ki, yaşamaq
mümkün olsun, ya da sizi eşşəkarısının yuvası kimi məhv
edəcəyəm.
Kişi. Yaxşısı budu, mən burdan elə bir yerə əkilim ki, bizi
tapa bilməyəsiz. Mən ünvanımı dəyişməyə öyrənmişəm.
Epifaniya. Bu, onu göstərir ki, sizin işgüzar bacarığınız var.
Axı deyin görüm, siz niyə məni işə götürmək istəmirsiz? Burdakı
qadınlara nə qədər pul verirsizsə, mənə də onu verəcəksiz də.
Kişi. Mənim xoşuma gəlmir ki, işçilərim çox şey bilsin.
Epifaniya. Başa düşdüm. Onlar inspektor çağıra bilərlər.
Kişi. İnspektor? Bu nə danışır belə?! Onlar inspektordan
məndən də çox qorxurlar.
Epifaniya. Niyə? Bəyəm istəmirlər ki, onları müdafiə
etsinlər?

175
   170   171   172   173   174   175   176   177   178   179   180