Page 173 - 1-ci cild
P. 173
Áåðíàðä Øîó

Epifaniya pilləkənlə aşağı enir. O, çiyninə geyim-kecimini
gizlədən köhnə bir plaş atıb, şlyapasını da əzik-üzük hala salıb.

Epifaniya ər-arvadı nəzərdən keçirir, sonra ətrafa baxır,
sonra da pərdənin arxasına boylanır.

Kişi cəld qalxır ki, ona mane olsun, ancaq artıq gecdir. Kişi
pərdəni Epifaniyanın əlindən dartıb çıxararaq onun qarşısını
kəsir.

Kişi. Sizə nə lazımdı? Niyə gəlmisiz?
Epifaniya. Mən iş axtarıram. Bir qadın mənə dedi ki, burda
mənə iş verərlər. Mənim çox ehtiyacım var.
Kişi. Niyə burnunuzu hər yerə soxursuz? Belə iş
axtarmazlar. Rədd olun burdan. Bizdə qadınlar üçün iş yoxdu.
Epifaniya. Yalan deyirsiz. Burda düz altı qadın işləyir.
Sizinçün yox, bəs kiminçün işləyirlər?
Kişi. Bunun bir dilinə bax e!.. Deyəsən, özünüzdən yaman
bədgümansız! Məni kim hesab edirsiz?
Epifaniya. Soxulcan!

Kişi hirslə ona hücum etmək istəyir.

Yavaş olun. Mən yumruqlarımı işə sala bilirəm, lazım gəlsə,
güllə də atıram.

Qadın kişinin üstünə atılıb, ondan yapışır.

Qadın. Ehtiyatlı ol, Co. O, inspektordur. Ayağındakı ayaq-
qabıları görmürsən!?

Epifaniya. Mən inspektor deyiləm. Ayaqqabının mətləbə nə
dəxli var?

Qadın (ehtiramla). Özünüz fikirləşin, xanım, bu cür əla
ayaqqabılar geyən bir qadın özünə qəpik-quruşlu bir iş axtara
bilər? İnandırıram sizi ki, burda başqa heç bir qadın işləmir. Biz
ancaq bu ərazinin keşiyini çəkirik.

Epifaniya. Ancaq mən burda altı qadın gördüm.

173
   168   169   170   171   172   173   174   175   176   177   178