Page 177 - 1-ci cild
P. 177
Áåðíàðä Øîó

Qadın. Bilirsiz, xanım, mən qız vaxtı kibrit fabrikində
işləyirdim. Həftədə beş şillinq verirdilər. Ancaq bu beş şillinq
mənim anam üçün İlahinin göndərdiyi bir hədiyyə idi. O zaman
qızlar hər hansı bir ailədə həftəsi dörd şillinq altı pensə iş tapa
bilərdilər. Onlarla orada ata yurdundakından yaxşı rəftar edirdilər.

Kişi. Mən bu gün də sizin üçün elə bir ailə tapa bilərəm.
Düzdü, işsizliyə görə verilən müavinət indi hər şeyi baş-ayaq
edib. Qızlar da yüz cür şey istəyirlər, pul isə yoxdur.

Epifaniya. Yaxşı. Mən belə bir məvacibə də razıyam. Sübut
edərəm ki, mən işləməyə və özümü saxlamağa qadirəm. Bir sözlə,
iş verin, bu söhbəti də qurtarın.

Kişi. Söhbəti kim başlayıb? Siz, ya mən?
Epifaniya. Mən. Verdiyiniz məlumatlara görə sizə təşəkkür
edirəm. Faydalı məlumatlar idi. İndi isə işə başlayaq. Mən
səbirsizliklə iş gözləyirəm!
Kişi. Siz nə bacarırsız?
Qadın. Tikmək? Düyünləmək? İlmələmək?
Epifaniya. Əlbəttə, yox. Mən bunları iş hesab etmirəm.
Kişi. Bəs sizə necə iş lazımdı?
Epifaniya. Əqli iş.
Kişi (barmağını başına tuşlayaraq, arvadına). Bu, deyəsən,
o söz…
Epifaniya. O iş ki, onu siz görürsünüz. Rəhbər iş. Təşkilati
iş. İrəli aparan iş. Deyin görüm, siz burda nə istehsal edirsiz?
Məhsulunuzu necə satırsız?
Kişi (arvadına). Get, otur işlə, qoy baxsın.

Arvad gedib yerində oturaraq, mizin altından bir dəstə gödəkcə
çıxarır və məlul-məlul düymə tikməyə başlayır.

(Epifaniyaya.) İndi hər şeyi görəndən sonra, bəlkə, beş
şillinqi götürüb, çıxıb gedəsiz?

Epifaniya. Niyə? Bəyəm mənim bu xarabaya gəlməyim
sizin üçün xoş bir hadisə deyil?

177
   172   173   174   175   176   177   178   179   180   181   182