Page 181 - 1-ci cild
P. 181
Áåðíàðä Øîó

əl uzadacaq? Komerşel-rouda çıxıb görəndə ki, dükançılar sənə
canavar kimi baxır, nisyə də heç nə vermir, sənin üçün xoş olacaq?
Co, bütün bu illər boyu mən cıqqırımı da çıxarmadan səninlə
birlikdə bu yolu keçmişəm. Axıracan da bu yolu getməyə hazıram
ki, qoca vaxtımda, daha heç nə tikə bilməyəndə, sən də daha bir
işlə məşğul olmağı bacarmayanda sakitcə yaşaya bilim. Ancaq
sən ürək eləyib pulumuzu banka qoysan, bələd olduğumuz yoldan
çıxsan, buna dözə bilmərəm. Mən ölərəm. Get onu dayandır, Co.
Qoyma səninlə mübahisəyə başlasın, qov getsin. Kişi ol, əzizim.
Qorxma! Mənim ürəyimi partlatma, özünə də yazığın gəlsin!
Əlini qoynuna qoyub oturma! Sən təsəvvür belə etmirsən ki, o
qadın nələr edə bilər. Ah!.. Ah!.. Ah!.. (Ağlayır.)

Kişi ayağa qalxır, amma bir o qədər də
qətiyyətli görünmür.

Kişi. Yaxşı, bəsdir! Haray-həşir salma! Qoymayacağam
burnunu bizim işlərimizə soxa. Onu qovacağam getsin. Görərsən!

Kişi pilləkənə tərəf gedərkən aşağı enən
Epifaniya ilə üz-üzə gəlir.

Epifaniya. Hər şey həll olundu. Tim əmindir ki, Bolton yük
maşınını on funta satacaq. İndi Tim mənim sədaqətli qulumdur.
(Arvada tərəf baxaraq, kişiyə.) Bu bədbəxt qadını sakit edin, bəsdi
zarıdı. Mən isə hələlik gedirəm. Burda elə bir iş yoxdu, həftədə
yarım saat da mənə bəsdir. Vaxtı öldürmək üçün hansısa bir
mehmanxanada qabyuyan olaram. Ancaq əvvəlcə mən Timin
verdiyi ünvanlara baş çəkəcəyəm ki, öz malımızı birbaşa onlara
verək. Syuperflu kimi, başqalarının da malını alıb onlara verərik.
Mən topdansatışla bağlı bütün məsələləri həll edəndən sonra
qayıdıb sizin işlərinizi qaydasına qoyacağam. Hələlik isə işinizlə
məşğul olun. Xudahafiz!

Epifaniya gedir.

181
   176   177   178   179   180   181   182   183   184   185   186