Page 183 - 1-ci cild
P. 183
Áåðíàðä Øîó

Elester. Polli, bura necə də gözəldir!
Patrisiya. Hə, əzizim, bura çox gözəldir.
Elester. Həftəsonunu çay kənarında keçirmək – bun-dan
gözəl nə ola bilər? Səhər avar çək, bədənin açılsın, sonra gəziş ki,
iştahan da açılsın, sonra yaxşıca səhər yeməyi ye, sonra da gül
kimi veyillən özünçün. Həyatda insana daha nə lazımdı?
Patrisiya. Sən elə əla avar çəkirsən ki, Elli! Avar çəkəndə
sənə baxmaq mənə ləzzət eləyir. Sən qayıqda olanda elə gözəl
görünürsən ki!..
Elester. Çayın ən gözəl tərəfi – onun sakitliyidir, bu, xoşbəxt
bir sakitlikdir. Sən də çox sakitsən, hətta qorxmuram ki, indi heç
nədən qəfil həngamə qoparacaqsan. Çay da sakitdir. Bilmirəm,
məni ən çox nə sakitləşdirir: çay, yoxsa sənin sakitliyin. Evdə isə,
mənə elə gəlir ki, üç dəfə Niaqara ilə suyun dibinə batıb-çıxıram.
Patrisiya. Bu barədə fikirləşmə, əzizim. İndi sənin evin ora
deyil, buradır.
Elester. Sən düz deyirsən, əzizim, ev də gərək belə olsun,
hərçənd bura hoteldir.
Patrisiya. Bəyəm dünyada yaxşı hoteldən artıq olan nəsə
var? Burda bütün ev qayğılarından azad olursan, qulluqçuyla
sözləşmirsən, heç bir vergi-filan yox. Mən heç bir yerdə hoteldəki
qədər rahatlıq tapmıram. Ola bilər, kişilər üçün belə deyil.

Hotelin işlər müdiri gəlir. Zövqlə geyinmiş bu cavan adam
əlində tutduğu qeydiyyat dəftərini açaraq qəzet-jurnal mizinin

üstünə qoyur və böyük ehtiramla
qonaqlara yaxınlaşır.

İşlər müdiri (Elester ilə Patrisiyanın arasında dayanaraq).
Günortanız xeyir, ser. Ümidvaram ki, yaxşı dincələ bilirsiz?

Elester. Bəli, təşəkkür edirəm. Siz bu keçmiş mehmanxana
ilə nələr etmisiz! Bir il bundan qabaq mən burdaydım. Bura
“Donuz və düdük” adlı adi bir yeməkxana idi.

İşlər müdiri. Lap son vaxtlaracan belə idi, ser. Həmin
“Donuz və düdük”ü mənim atam saxlayırdı. Hələ az qala Fateh

183
   178   179   180   181   182   183   184   185   186   187   188