Page 187 - 1-ci cild
P. 187
Áåðíàðä Øîó

siz bura gələndə qeydiyyatdan keçməmisiz. Mən özüm qeydiyyat
dəftərini gətirmişəm. Zəhmət olmasa…

İşlər müdiri mizin üstündən qeydiyyat dəftərini götürüb qələmlə
birlikdə Elesterə verir.

Elester (dəftəri dizinin üstünə qoyaraq). Bağışlayın, tamam
yadımdan çıxıb. (Familini yazıb qol çəkir və dəftəri işlər müdirinə
uzadır.) Buyurun. (Yenidən ayaqlarını uzadır.)

İşlər müdiri. Təşəkkür edirəm, ser.

İşlər müdiri dəftəri gözdən keçirir. Qonağın
familini görəndə gözləri bərəlir.

O-o-o!.. Bu, bizimçün böyük şərəfdir, ser!
Elester. Mən nəsə düz yazmamışam?
İşlər müdiri. Yox, yox, ser, hər şey qaydasındadı. Mister və
missis Fisfesenden. Necə də qeyri-adi bir famildir. Mən, deyəsən,
məşhur…
Elester (onun sözünü kəsərək). Bəli, bəli. Mən tennis üzrə,
boks üzrə və sair – çempionam. Ancaq mən bura istirahətə
gəlmişəm, ona görə də bu barədə heç nə eşitmək istəmirəm.
İşlər müdiri (dəftəri örtərək). Sizi başa düşürəm, ser. Mən
bu barədə heç danışmazdım, ancaq, ser, məsələ ondadı ki,
haqqında sizə danışdığım o qadın da missis Fisfesendendir.

Elester yerindən dik atılır.

Elester. Nə? Tez!.. Tez!.. Biz getdik!.. Polli, tez şeyləri
yığışdır! (İşlər müdirinə.) Siz də tez hesabı göndərin.

İşlər müdiri. Necə məsləhətdi, ser. İcazə verin, bircə onu
deyim ki, bizim sahibəmiz indi burda deyil, bu bazar günü onu
heç gözləmirik də…

Patrisiya. Qızışma, əzizim. Bizim də başqaları kimi öz
pulumuzla bu oteldə qalmaq hüququmuz var.

187
   182   183   184   185   186   187   188   189   190   191   192