Page 189 - 1-ci cild
P. 189
Áåðíàðä Øîó

Patrisiya. Niyə? İnanın ki, sizi görməyimizə çox şadıq.
Missis Fisfesendenə gəlincə, onunla bizim heç bir işimiz yoxdu.

Edrien. Mənimsə onunla işim var. Siz çox lütfkarsız. Ancaq
mən sizin dostunuz sayıla bilmərəm, çünki arvadınıza qarşı iddia
ərizəsi ilə məhkəməyə müraciət edəcəyəm.

Elester. Sayıla bilərsiz, dostum. Bu, bizim üçün təzə bir
məsələ deyil. Onun qurbanları məhkəməyə çox müraciət edib.
Rahat əyləşin.

Edrien ehtiyatla divanda əyləşərək, yavaş-yavaş
şikəst ayaqlarını uzadır.

Edrien. Çox sağ olun, mən, doğrudan da, daha ayaq üstə
dura bilmirəm. Ancaq hər halda, başa düşmürəm, bu nə zarafatdı
belə, Segemor mənimlə edib. Elə sizin özünüzlə də.

Patrisiya yerində əyləşərək toxumağına davam edir.

Segemor (Patrisiyanın sol tərəfindəki kresloda əyləşir).
Məsələ burasındadı ki, Blenderblend qəti fikrindən dönmür. Mən
ümid edirəm ki, bəlkə, siz kömək edə bildiz…

Edrien (qətiyyətlə). Faydası olmayacaq, Segemor. İki min
beş yüz, üstəgəl məhkəmə xərcləri – bir pens də az ola bilməz!

Segemor. Axı bu, həddən artıq çoxdur. Hətta deyim ki,
gülməli dərəcədə çoxdu. Əgər siz iş qabiliyyətini tamam
itirsəydiniz, ya da ittiham olunan sizə qarşı sırf qadınlara məxsus
bir cinayət törətsəydi, misal üçün, üstünüzə kislota atsaydı, onda
məhkəmə, heç olmasa, beş yüz funt cərimə kəsərdi. Siz özünüzü
əməyinizlə dolandırmırsız, sadəcə atanızın təsis etdiyi şirkətin
passiv şərikisiz. Bir də ki, lənət şeytana, hansısa bir kişi
məhkəməyə müraciət edir ki, bəs bir qadın məni itələyib və təhqir
edib?!

Elester. Siz niyə onun gicgahına bir zərbə ilişdirmədiz?
Edrien. Qadını vurmaq? Bu, ağlasığmaz bir hərə-kətdir!

189
   184   185   186   187   188   189   190   191   192   193   194