Page 193 - 1-ci cild
P. 193
Áåðíàðä Øîó

İşlər müdiri yaxşı qurtardığı üçün sevinə-sevinə qaçır.

Edrien. Mən yaralanmışam? Mən?
Epifaniya. Maşının altına düşmüsüz?
Edrien. Bu qadın az qalmışdı məni öldürsün, indi də soruşur
ki, zədələnmişəm, ya yox. Mən o pilləkəndəki pillələrin hamısını
bir-bir saya-saya dizimi sındırmışam, baldırımı yaralamışam,
belim pis gündədir, topuqlarım yerindən oynayıb. Sizin sürücünüz
məni yerli xəstəxanaya aparanda ora pul verəsi oldum. Ordan
məni özəl klinikaya göndərdilər. Həftədə on iki giney! Mən Harli-
stritdən düz üç nəfər cərraha müraciət etdim, heç biri mənim diz
qapağımı yerinə qoya bilmədi. Məcbur oldum ki, sınıqçı çağırım,
o da məndən əlli giney qopartdı.
Epifaniya. Siz pilləkəni niyə başqa adamlar kimi
düşmürdüz? Sərxoşdunuz?
Edrien. Mən… (Nəfəsi daralır.)
Segemor (tələsik müdaxilə edir). O, iddia edir ki, missis
Fisfesenden, son görüşünüzdə onu bu vəziyyətə siz salmısınız.
Epifaniya. Mən? Bəyəm mən fəxri yer tutmuş pəhləvanam?
Yoxsa yükdaşıyanam?
Edrien. Həm ondansız, həm də bundan!
Segemor. Siz ona hücum etdiyinizi inkar edirsiz?
Epifaniya. Əlbəttə, inkar edirəm. Ömrümdə bundan dəhşətli
yalan eşitməmişəm. Hadisə belə oldu. Mən bu adamdan nəvaziş,
gözəl sözlər eşitmək istəyində olarkən o, heç bir səbəbsiz
kobudcasına mənim atamı təhqir etdi. Qan beynimə vurdu. Ancaq
onu xatırlayıram ki, mizin üstünə sərilmişdim. Demək olar,
ölürdüm. Həmin an gəlib-çıxan həkim də təsdiq edə bilər ki, mən
nə vəziyyətdə idim.
Edrien. Sizin hansı vəziyyətdə olmağınız məni maraq-
landırmır. Bəs sizə məlumdur ki, sürücünüz məni hansı
vəziyyətdə xəstəxanaya apardı?
Segemor. Bir sözlə, məlum olmur ki, əslində, nə baş verib?
Edrien. Mənim tibbi arayışım var.

193
   188   189   190   191   192   193   194   195   196   197   198