Page 191 - 1-ci cild
P. 191
Áåðíàðä Øîó

dəymiş ziyanın ödənilməsi barədə qərara ancaq yüksək
mənəviyyatlı adamlar nail olur.

Edrien. Siz demək istəyirsiz ki, mən mənəviyyatsız
adamam?

Segemor. Mən yox, ancaq məhkəməyə gedib çıxsanız,
missis Fisfesendenin vəkili orda mütləq deyəcək.

Edrien. Boş sözdür! Yəni topuqlarımın çıxdığına, dizimin
sındığına, qafamda dəvəquşu yumurtası boyda deşiyə
baxmayaraq, məhkəmədə deyəcəklər ki, mənlə Epifaniya sevgili
olmuşuq?

Segemor. Sizin yaralarınız sizin əleyhinizə ən yaxşı
göstəricidir. Bu tipli dava-dalaş ancaq sevgililər arasında olur.
Birdən o, izahat verdi ki, sizin tərəfinizdən cinayətkarcasına
təcavüzə məruz qalıb, onda necə?

Edrien. O, and içəndən sonra belə bir həyasız böhtana cürət
etməz!

Segemor. Siz nə bilirsiz ki, bu, böhtandı? Siz axı beyin
silkələnməsindən sonra hər şeyi yadınızdan çıxarmısız!

Edrien. Elədir, ancaq bu, hücumdan sonra olub.
Segemor. Düzdür, buna görə də hücumdan əvvəli yaddan
çıxarmısız. Siz nə bilirsiz ki, o məqamda nələr etmisiz?
Edrien. Bura baxın, siz kimin vəkilisiz: onun, ya mənim?
Segemor. Tale üçün, görünür, çox xoşdur ki, məni onunla
əlaqəsi olan hər kəsin vəkili edir. Əgər mən sizinlə onun arasında
seçim etməli olsam, məcbur olacağam ki, sizdən imtina edim.
Mən missis Fisfesenden kimi pulu və xasiyyəti olan bir
müştəridən imtina edə bilmərəm ki! Onun özündən çıxmağı – hər
hansı bir vəkil üçün ildə iki-üç min qazanc deməkdir.
Edrien. Çox gözəl. Segemor, mən bunu sizə bağışla-
mayacağam. Siz hər şeyi gözəl bilirsiz. Bilirsiz ki, ədalət də,
həqiqət də mənim tərəfimdədir.

İşlər müdiri karıxmış halda içəri girir.

191
   186   187   188   189   190   191   192   193   194   195   196