Page 195 - 1-ci cild
P. 195
Áåðíàðä Øîó

Elester illüstrasiyalı jurnalı götürüb gedərək ən kənardakı
mizin arxasında oturur və diqqətlə jurnalı
vərəqləməyə başlayır.

Edrien (Epifaniyaya). İndi siz bilərsiz, mən nələr çəkmişəm.
Sizə bu da azdı!

Epifaniya. Davam edin. Təhqir edin. Qorxudun. Şantaj edin.
Hələlik siz bütün bunlara görə cəzalandırılmırsız!

Segemor Epifaniyanın əyləşdiyi kreslonun
arxasına keçir.

Segemor. Bu cür bədbinliyə qapılmayın, missis Fisfesenden.
Sizi nə şantaj, nə də təhqir edirlər. Mən sadəcə istəyirəm ki, sizin
ailə məsələnizə keçməzdən əvvəl mister Blenderblendin
zədələnməsi məsələsini həll edək.

Epifaniya. Mən nə onun özü haqqında, nə də gülməli
zədələri haqqında bir kəlmə eşitmək istəmirəm.

Segemor. Bir balaca fikirləşin, missis Fisfesenden. Axı
mister Blenderblendin zədələri barədə danışmadan onun tələbini
ödəmək məsələsini müzakirə edə bilmərik.

Epifaniya. Mister Blenderblendə nəsə ödəməkdən söhbət
belə gedə bilməz! Nə zədələr alıbsa, ona da layiqdir.

Segemor. Axı o, məhkəməyə müraciət edir.
Epifaniya. Siz də mənim müraciətimi hazırlayıb ondan
əvvəl məhkəməyə verin.
Segemor. Sizin nə barədə müraciətinizi?
Epifaniya. Nə istəyirsiz yazın, özü də zəhləmi tökməyin.
İyirmi funt təzminat tələb edin. Təkrar edirəm, məni şantaj etmək
olmaz!
Edrien. Məni də. Mənə təzminat düşür, mən də o təzminatı
alacağam.

195
   190   191   192   193   194   195   196   197   198   199   200