Page 199 - 1-ci cild
P. 199
Áåðíàðä Øîó

Segemor. İnanın ki, yoxdur, yox. Ələlxüsus da həmin qadın
milyonçu ola!

Epifaniya. Bəs milyonçu qadın ədaləti harda axtarsın?
Segemor. Məhkəmədə…
Epifaniya. Mən məhkəmədən danışmıram, orda heç kim
üçün ədalət yoxdur. Mən göylərdən gələn ədaləti deyirəm.
Elester. İlahi!.. Yenə qanımız getdi!..

Elester nümayişkaranə şəkildə Patrisiyanın
belini qucaqlayır.

Epifaniya. Elester, utanmırsan, özünü belə aparırsan? Yəni
mən milyonçu olduğum üçün ərim də qaçmalıdı, pərəstişkarım
da? Mənimlə də ancaq pullarım qalmalıdı? Bax indi sən gözümün
qabağında özünə bir cüt corab belə ala bilməyən bu heçliyin belini
qucaqlayırsan. İkiniz də özünüzü xoşbəxt hiss edirsiz, hə?

Epifaniya Edrienə tərəf dönür.

Bu da sadəcə bir kostyumdur, vəssalam. Kostyumun isə içi
bomboşdur.

Edrien (tamam sındırılmış bir vəziyyətdə). Məndə işiniz
olmasın, eşidirsiz!?

Epifaniya (onun sözlərinə əhəmiyyət verməyərək davam
edir). Bu adamın xoşuna gəlirdi ki, beşlikləri mənə borc versin,
sonra o borcu yada da salmasın. Baxın, indi bu adamda o
xasiyyətdən nə qalıb? Elə bilirsiz, mənə diqqətinə görə borcu geri
istəmirdi? Bəlkə, sevirdi, ona görə? Xeyr! Özü ilə öyündüyünə
görə! Bəs necə? Görürsüz? Kasıb milyonçu qadına borc verir!
Uşaq zəhləsini tökmüş oyuncağını sındıran kimi, mən də ilahi bir
qəzəb içində onu bu günə saldım. Onu beləcə sındırdım və
mahiyyətini gördüm. Gördüm ki, mən onun üçün qadın yox, yaxşı
aşpazı olan bank kitabçasıyam.

199
   194   195   196   197   198   199   200   201   202   203   204