Page 203 - 1-ci cild
P. 203
Áåðíàðä Øîó

Həkim. Bu, adil və mərhəmətli Allahın buyurduğu yol deyil.
Əgər siz fəhlələrin hər saatı üçün, heç olmasa, bir penni əlavə
etsəydiniz, onlar çalışdığı o murdar emalatxanadan layiqli
paylarını alardılar. Siz isə Syuperfludan axırıncı pennisinəcən
qoparıb emalatxananı ona satdınız, o fəhlə qadınlar isə əvvəlkitək
saatı bir piastra özlərini əldən salırlar.

Epifaniya. İşçi qüvvəsinin bazar qiymətini dəyişmək
mümkün deyil – buna heç sizin Allahınız da müyəssər ola bilmir.
Ancaq bu mehmanxanaya adi qabyuyan gəlmişdim, özü də tarix
boyu dünyada nə qədər qabyuyan olub, onların ən bacarıqsızı mən
idim. İndi bu hotelin sahibiyəm, işçilərimə də qəpik-quruş
vermirəm.

Həkim. Açıqçalarda hotel çox gözəl görünür, buradakı
əməkhaqqı da Nil sahillərində çalışan hər hansı bir zəhmətkeş
üçün əməlli-başlı varidat ola bilər. Bəs o qocalar necə olsun ki,
bu mehmanxana onlar üçün doğma bir ev idi? İflic olan o qoca
barədə nə deyə bilərsiz? Ağlını itirmiş qarı barədə? Qocalar evinə
göndərilmiş o insanlar barədə? Siz kasıbları talan etmisiz! Allahın
qulu olan bir bəndə kimi mən bəyəm belə qazancla yaşaya
bilərəm? Mən – sağlamlığın keşiyində duran, insanları müalicə
edən, yaşamaq üçün məsləhətlərini onlardan əsirgəməyən bir
adam sizin kimi, kasıb-kusubun hesabına varlanan bir qadınla
necə həyat sürə bilərəm?

Epifaniya. Mən, həyat necədirsə, onu o cür də qəbul etməyə
məcburam.

Həkim. Dünyanı bu günə qoyanlar Allahın qəzəbindən
qurtara bilməyəcəklər!

Epifaniya. Mənə elə gəlir ki, Allah pul qazana bilənləri
sevir.

Segemor. Hər şey bunu sübut edir.
Həkim. Ancaq mən hər şeyə başqa cürə baxıram. Mən bu
fikirdəyəm ki, var-dövlət – nifrətə layiqdir, səfalət də – nifrətə
layiqdir, həqiqət və səadət isə Allaha ibadət etməkdədir. Düzdür,

203
   198   199   200   201   202   203   204   205   206   207   208