Page 207 - 1-ci cild
P. 207
Áåðíàðä Øîó

ki, onun üçün Elesteri əvəz edəcəyəm. Ancaq baxın, görün məni
nə hala salıb?! Əgər başqa bir kişi xoşuna gəlsə, sizin də başınıza
bu oyunu açacaq.

Həkim (Epifaniyaya). Bəs siz buna nə deyirsiz?
Epifaniya. Onu deyirəm ki, siz şansı əldən buraxmamağı
öyrənməlisiniz. Rəncideyi-hal olmuş bu qadın düşkünü sizi
qorxutmaq istəyir ki, guya mən vəfasızam. O, heç vaxt evli
olmayıb, mən isə evliyəm və sizə deyirəm: hətta ən xoşbəxt ailədə
də elə olmur ki, ərlə arvad lap xırdaca şeylərə görə gündə min
dəfə bir-biriylə sözləşməsin, dalaşmasın. Əvvəlcə elə bilirsən ki,
sənin bir ərin var, ancaq sonra məlum olur ki, bir nəfərin
simasında sənin bir düjün ərin var. Yanında elə bir adam peyda
olur ki, bütün ömrünü onunla bağlamısan, sənin isə artıq ondan
zəhlən gedir. Ancaq səhər yeməyi zamanı bu səfeh sənə xoş bir
söz deyəndə təzədən elə bir adam peyda olur ki, sən onu sevirsən
və onunla fəxr edirsən. Bu iki qütb arasında isə min mərhələ
keçirsən – hər birində də başqa bir kişi ilə, ya da başqa bir qadınla.
Kişi üçün onun arvadı çoxlu qadının mücəssəməsidir – biri
ifritədir, o biri kişinin bədəninə batmış tikandır, ya qısqanc bir dişi
əjdahadır, ya burnunu hər yerə soxan müfəttişdir, höcətləşən bir
davakardır, işgəncə verəndir. Elə ki arvadına hansısa yalançı bir
təskinlik verdi – arvad olur onun köməkçisi, misilsiz ləl-
cəvahiratı, ən pis halda, köməksiz, ancaq sevimli uşağı. Bəli, hər
bir arvad bütün qadınların mücəssəməsidir, hər bir kişi də bütün
kişilərin. Subay oğlan nə bilir ki, macəralarla dolu, hədsiz
dərəcədə qorxulu, ürəyi yandıran, daima dəyişən nikahlı həyat nə
deməkdir? Siz risklə dolu cərrahiyyə əməliyyatına necə
baxırsızsa, nikaha da elə baxın.
Həkim. Həqiqətən, Allahın onun üçün seçdiyi kişini öz
toruna salmaq istəyən qadından müdrik, bic və işvəli kim var
dünyada? Heç kim. Ancaq zövcəsiz də mənim üçün hər şey
yaxşıdır. Mən öz həyatımı niyə zərbə altına qoymalıyam? Mən
elə subay oğlan kimi də xoşbəxtəm.

207
   202   203   204   205   206   207   208   209   210   211   212