Page 209 - 1-ci cild
P. 209
Áåðíàðä Øîó

Epifaniya. Niyə də getməyək? Axır zamanlar mən ancaq rus
səhmləri alıram.

Edrien (Epifaniyaya). Ruslar sizi quduz it kimi güllələyərlər
– siz lənətə gəlmiş kapitalistsiniz!

Epifaniya. Bəli, ancaq burda belədir. Rusiyada isə mən
zəhmətkeş olacağam. Özü də necə zəhmətkeş! Kapitalist
dünyasında varlıların taleyi – israfçı avaraların və özgə hesabına
yaşayan müftəxorların taleyidir. Burda mən quldarlıq, səfalət,
xəstəliklər, çirkab dənizinin əhatəsindəyəm, pul bazarının kiçicik
bir şıltaqlığı məni o dənizin dibinə aparıb batırar. Ancaq Rusiyada
mənim kimi enerjili qadınlara ehtiyac var. Moskvada mən daha
milyonçu olmayacağam, ancaq yarım ildən sonra Komissarlar
Şurasının iclasında iştirak edəcəyəm, bir ildən sonra isə Siyasi
Büronun üzvü olacağam. Burda mən istəyimcə hökmlər
verməkdən, azadlıqdan, sabahkı günümə əminlikdən məhrumam.
Burda hər hansı birimiz Qocalar Evində ölə bilər. Rusiyada isə
mən elə nüfuz qazanaram, təbiətin mənə bəxş etdiyi
qabiliyyətlərimi inkişaf etdirmək üçün elə imkanlar əldə edərəm
ki, heç imperatriçə Yekaterina da buna müyəssər olmamışdı. And
olsun, heç iyirmi il də keçməz ki, hər rus uşağının çəkisi beş funt
artar, böyüklərin orta yaşı on il uzanar. Ancaq mən imperatriçə
olmayacağam, səhər-axşam işləyəcəyəm və on əsrdən sonra
gələcəyin müqəddəs ölkəsi olacaq Rusiya Epifaniya adlı bir
müqəddəsi də övliyalar sırasına daxil edəcək.

Edrien. Özündənmüştəbehliyə bir bax!
Segemor. Məncə, artıq Rusiyadan müqəddəs yer yoxdur.
Həkim. Müqəddəslər hər yerdə var. Müqəddəslər yeganə
insan zümrəsidir ki, onları gülləbaran etmək mümkün deyil.
İmperatorlar, krallar, sərkərdələr, yepiskoplar əvvəl-axır bütün
bütlərin, səcdəgahların acı aqibətini bölüşürlər. Onları külə
çevirirlər. Qvardiyaları da, bütün qoşunları da kralları qorumaq
gücündə olmur. Müqəddəslər isə ruhən əsrlər boyu oraq və çəkic
məbədində yaşayacaqlar. Ancaq biz, hər halda, Rusiyaya

209
   204   205   206   207   208   209   210   211   212   213   214