Page 213 - 1-ci cild
P. 213
Ëóèúè Ïèðàíäåëëî

Olsun ki, kimsə başqa cür düşünür, ancaq o dövrün bu dörd
sənətkarı, necə deyərlər, “mənim dramaturqlarımdır”.

Bu dramaturqları müəyyən dərəcədə İbsen epoxası yetişdirmişdi,
hər halda, onların dramaturji yaradıcılığında İbsen təsirini hiss
etmək çətin deyil. Ancaq maraqlıdır ki, aşağı-yuxarı eyni ədəbi
nəslə mənsub bu dramaturqların arasında Pirandelloya Çexov
təsiri də mənim üçün aşkardır.

Pirandello Nobel mükafatını “dramaturgiyanın və səhnə sə-
nətinin dirçəlməsindəki yaradıcı yenilik cəsarətinə görə” almışdı
və mükafatın belə bir təqdimatla verilməsi, məncə, çox dəqiq idi.

Pirandello pyeslərində reallıqla irreallığın yüksək bədii-
estetik vəhdətinə nail olmağı bacarmış bir sənətkardır və bu
baxımdan onun bir pyesinin (məncə, Pirandellonun dramatur-
giyasını səciyyələndirən ən əsas pyesinin) – “IV Henrix”in
üzərində qısaca dayanmaq istəyirəm.

Bu, Şekspir qəhrəmanı, İngiltərə kralı IV Henrix deyil, ilkin
orta əsrlərdə Almaniya imperatoru olmuş IV Henrixdir – ancaq
əslində, Pirandello qəhrəmanı maskaradda IV Henrix qiyafətində
özünü IV Henrix kimi təqdim edən, sonra özü də buna inanan,
nəhayət, ayıldıqdan sonra da bu inamdan dönmək istəməyən
naməlum müasir bir insandır.

Əsərdə maskarad ilə real həyat arasında elə bir üzvi vəhdət
var ki, onu heç vəchlə iki yerə bölmək mümkün deyil. Yəni, ba-
xın, bu, maskaraddır, oyundur, uzaqbaşı tarixi imitasiyadır, bu
isə müasir həyatdır, müasir həyatın əxlaqi, ictimai, siyasi simasıdır –
yox, belə deyil, söhbət tamdan, bir küll halında qəbul edilən
bədii mətndən gedir, əsrlər bir-birini əvəz edir, cəmiyyətin və
ümumiyyətlə, həyatın forması dəyişir, məğz isə qalır, xislət eyni-
dir.

Pyesdəki nüanslar, mətnaltı məqamlar, tarixi improvizələr
süjetin gərginliyini daha da artırır, ancaq bu, triller gərginliyi
deyil, hadisələrin və xarakterlərin psixoloji-emosional təsirindən
doğan bir gərginlikdir, əgər belə demək mümkünsə – güman
edirəm ki, bu kontekstdə mümkündür – bədii-estetik gərginlikdir.
Bu bədii-estetik gərginliyi əldə etmək üçün Pirandello, dediyim

213
   208   209   210   211   212   213   214   215   216   217   218