Page 217 - 1-ci cild
P. 217
Ëóèúè Ïèðàíäåëëî

Paroni (səhnənin dərinliyindən). Sənə deyirəm, onun atasını
yandırmaq lazımdı!

Müxtəlif səslər. Hə, hə, bravo!
– Mütləq! Əla!
– Axırına çıxmaq lazımdı onun!
– Yox, əşşi!..
– Yaxşı deyil!..
Birinci redaktor (səsini ucaldır). Kapiadoni də elə bunu
istəyir.
Cürbəcür səslər:
– Düzdü!
– Düz deyil!
– Monarxçılar da elə bunu istəyir!
– Əşşi, axı kim deyir bunu? Yox! Olmaz!
Paroni (elə danışır, elə bil şimşək çaxır). Heç kim inanmaz
buna! Bizim öz dəstxətimiz var! Bizim prinsiplərimiz var! Bu
prinsiplərə görə də biz onun üstünə düşürük! Özü də, bəsdi daha!
Mane olmayın mənə, yazıram axı!

Səssizlik çökür. Luka Fatsio hərəkətsizdir. Sol tərəfdəki
qapı açılır və kimsə soruşur:

– Gəlmək olar?

Luka Fatsio cavab vermir. Qısa bir müddətdən sonra yenə
soruşurlar:

– Gəlmək olar?

Və Kommivoyajer bir az sıxıla-sıxıla içəri girir. O, qırx
yaşlarında bir adamdır, özü də pyemantludur.

Kommivoyajer. Heç kim yoxdu?
Luka (səsi elə bil qəbirdən gəlir). Mən burdayam.
Kommivoyajer (diksinir). Ah, bağışlayın! Siz senyor Paro-
nisiniz?

217
   212   213   214   215   216   217   218   219   220   221   222