Page 219 - 1-ci cild
P. 219
Ëóèúè Ïèðàíäåëëî
İkinci redaktor (hirsindən titrəyə-titrəyə). Əclaflar!
Əclaflar! (Qaçıb səhnədən çıxır.)
Üçüncü redaktor (Kommivoyajerlə toqquşub qışqırır). Sən
bunlarda bir cəsarətə bax: “Yaşasın Kapiadoni!” (Qaçıb səhnədən
çıxır.)
Paroninin səsi. Gedin! Hamınız gedin! Mən oturub burda
işləyəcəyəm.

Üç redaktor, başlarında şlyapa, redaksiyadan çıxıb qaça-qaça
bayır qapısına tərəf gedir və qaça-qaça
da qışqırırlar:

– Əclaflar!
– İtlər!
– Muzdurlar!

Və yenə də bu redaktorlardan biri Kommivoyajerin
lap üzünə qışqırır:

– Yaşasın Kapiadoni! Siz başa düşürsünüz, bu nə deməkdi?
Hamısı qaçıb gedir.

Kommivoyajer. Heç nə başa düşmürəm. (Luka Fatsioya.)
Bağışlayın, bu nə məsələdir belə?

Luka bərk öskürür, sonra ağzını silir. Kommivoyajer,
deyəsən, bir az vasvası adamdı, belə şeylərdən çimçişəndi və indi
də bunu gizlədə bilmir və bunu gizlədə bilmədiyi üçün də sıxıla-
sıxıla Lukaya tərəf əyilir.

Luka. Tənbəkinin iyini doldurduz bura, lənətə gələsiz!
Çəkilin qırağa… Hava! Qoyun bir nəfəs alım! (Sonra bir balaca
sakitləşir.) Siz kostanovalısız?

Kommivoyajer. Yox, mən yolüstü burdayam…

219
   214   215   216   217   218   219   220   221   222   223   224