Page 223 - 1-ci cild
P. 223
Ëóèúè Ïèðàíäåëëî

Elə bu vaxt əlli yaşlarında, kürən, arıq, çeşmək taxmış, demək
olar, kişi kimi geyinmiş senyorina Roza Lavekina qorxmuş
halda, tövşüyə-tövşüyə içəri daxil olur.

Roza (o qədər yorğundur ki, nəfəs almağa da taqəti yoxdu).
Pərvərdigara! Pərvərdigara!..

Paroni və başqaları (qorxu və narahatlıqla). Nədi? Nədi?
Nə olub?

Roza. Sizin xəbəriniz yoxdu?
Paroni. Onlar kimisə öldürüblər?
Roza (elə bil ki, heç nə başa düşməyərək bir-bir hamıya
baxır). Yox, harda?
Birinci redaktor. Necə? Sən bilmirsən, orda tətildi?
Roza (əvvəlki kimi). Tətil? Yox. Mən heç nə bilmirəm. Mən
yazıq Pulinonun evindən gəlirəm…
İkinci redaktor. Nə olsun?
Roza. O, özünü öldürüb.
Birinci redaktor. Özünü öldürüb?
Paroni. Pulino?
Üçüncü redaktor. Lulu Pulino özünü öldürüb?
Roza. İki saat bundan qabaq. Mən getdim, ona baxım…
Yazıq qapqaradı, dili çıxıb, gözləri pırtlayıb, barmaqları qıyılıb…
Elə beləcə otağın ortasında sallanıb…
İkinci redaktor. İşə bir bax! Yazıq Pulino!
Birinci redaktor. Yazıq əlacsız xəstə idi. Ölüm ayağındaydı
lap.
Üçüncü redaktor. Gör axırı necə oldu!
İkinci redaktor. Əşşi, canı qurtardı əzab-əziyyətdən!
Birinci redaktor. Onsuz da, daha ayaq üstə dura bilmirdi.
Paroni. Amma sizə deyim ki, adamın həyatı pis olsa da,
gərək axmaq olasan ki…
Birinci redaktor. Axmaq olasan ki, nə?
İkinci redaktor. Özünü öldürəsən?
Üçüncü redaktor. Bəs niyə gərək axmaq olasan?

223
   218   219   220   221   222   223   224   225   226   227   228