Page 227 - 1-ci cild
P. 227
Ëóèúè Ïèðàíäåëëî

Paroni (başqalarına). Onda siz gedin. Gecəniz xeyirə qalsın,
dostlar.

Təzədən təzim başlayır.

Kommivoyajer. Mən saat on üçün gələcəyəm.
Paroni. Tez gəlin, istəyirsiniz, lap tez gəlin.

Paroni və Luka Fatsiodan başqa hamı gedir. Luka qalxıb
divanda oturur.

Paroni (qayğıkeşliklə Lukaya yaxınlaşıb əlini onun çiyninə
qoymaq istəyir). Mənim əzizim… Luka… Deməli…

Luka (həyəcanla əlini qaldırır). Yox, çəkil.
Paroni. Niyə?
Luka. Yaxın durma. O saat başlayıram öskürməyə.
Paroni. Sən, doğrudan, özünü belə pis hiss eləyirsən? Hə?
Hə, hə, hə, hiss olunur…
Luka (başının hərəkətiylə Paroninin dediklərini təsdiq edir,
sonra danışır). Mən elə sənə lazım olan adamam. Qapını kip
bağla (başının işarəsi ilə qapını göstərir).
Paroni (onun xahişini yerinə yetirir). Hə, hə, bu saat.
Luka. Kilidini də bağla.
Paroni (gülümsəyərək qapının kilidini bağlayır). Amma bu,
artıq işdi. Onsuz da, daha heç kim gəlməyəcək. Arxayın danışa
bilərsən. Söhbət öz aramızda qalacaq.
Luka. Bu qapını da bağla. (Şüşə qapını göstərir.)
Paroni (əvvəlki kimi). Niyə axı? Sən bilirsən ki, mən tək
yaşayıram. Orada daha heç kim yoxdu. İstəyirsən, gedim lap işığı
da söndürüm. (Gedir.)
Luka. Sonra da qapını bağla. Ordan tənbəki iyi gəlir.

Paroni redaksiya otağına girib işığı söndürür. Sonra geri
qayıdıb şüşə qapını bağlayır. Bu vaxt Luka Fatsio
ayağa qalxır.

227
   222   223   224   225   226   227   228   229   230   231   232