Page 231 - 1-ci cild
P. 231
Ëóèúè Ïèðàíäåëëî

azadlıqsevər insansan? Sən ateistsən? Əlbəttə… Yoxsa ki,
Pulinoya axmaq deməzdin…

Paroni. Axı mən ona görə belə dedim ki… ona görə ki…
axı sən bilirsən… vətənimin rüsvayçılığı mənim üçün necə əzab-
əziyyətdi…

Luka. Əhsən! Axı sən azadlıqsevər adamsan, sən bunu inkar
eləyə bilməzsən ki, bütün qəzetlər yazır ki, guya sənin əqidən
belədi…

Paroni (deyinə-deyinə). Azadlıqsevər… Azadlıq carçısı…
Sən o biri dünyadan mükafat, ya cəza gözləmirsən?

Luka. Yox! Ən dəhşətli şey, bilirsən, nədi? Bu iyirmi altı
ildə mənim payıma düşmüş həyat təcrübəsini o biri dünyaya
aparmaq.

Paroni. Deməli, sən razısan ki…
Luka (tələsik). Razıyam ki, bu saat səni öldürə bilərəm,
çünki məni heç nə saxlamır. Amma mən səni öldürməyəcəyəm,
özü də səni öldürməməklə axmaq da olmayacağam. Sənə də,
sənin təlxəkliyinə də mənim yazığım gəlir. Bu saat elə bil səni lap
uzaqdan görürəm. Sən çox kiçik görünürsən… kiçik, yazıq,
qırmızı adamcıq, özü də bax belə bir qalstukla… Amma hər halda,
mən istəyirəm ki, sənin təlxəkliyini ifşa edim.
Paroni (elə bil eşitmir). Nə?
Luka. İfşa eləyim, ifşa. Mənim buna haqqım var… Bu, elə
bir adamın haqqıdı ki, həyatla ölümün sərhədinə gəlib çatıb. Sən
də heç bir etiraz eləyə bilməzsən. Otur. Otur və yaz! (Tapança ilə
yazı mizini göstərir.)
Paroni. Nə? Yazı yazacağam? Nə yazacağam? Ciddi
sözündü?
Luka. Əlbəttə. Çox ciddi. Otur və yaz.
Paroni. Axı mən nə yazmalıyam?
Luka (əvvəlki kimi tapançanı ona tərəf tuşlayır). Yeri. Yeri
otur orda.
Paroni (ona tuşlanmış tapançaya baxa-baxa yazı mizinə
tərəf gedir). Yenə başladı?

231
   226   227   228   229   230   231   232   233   234   235   236