Page 233 - 1-ci cild
P. 233
Ëóèúè Ïèðàíäåëëî

Paroni (itaətlə). Yazdım. Sonra?
Luka (yazdırmağına davam edir). “Luka Fatsio da özünü
öldürməzdən əvvəl…”
Paroni. Sən, doğrudan, özünü öldürmək istəyirsən?
Luka. Bu, mənim işimdi. Yaz: “Özünü öldürməzdən əvvəl
mənim yanıma gəldi…” İstəyirsən, əlavə edək ki, “onun əlində
tapança vardı”?
Paroni. Hə, icazə versəydin, əlavə eləyərdik.
Luka. Onda yaz: “O, tapança ilə silahlanmışdı”. Onsuz da,
icazəsiz silah gəzdirdiyim üçün məni cəzalandıra bilməyəcəklər.
Yazdın? Davam elə: “Luka Fatsio mənə dedi ki, özünü öldürəndən
sonra Madzarini, ya da bir başqası onu axmaq adlandırmasın deyə
məni it kimi gəbərtməlidir”. (Gözləyir ki, Paroni yazıb qurtarsın,
sonra soruşur.) Yazdın ki, “it kimi”? Yaxşı. İndi təzə sətirdən
başla: “O, məni ancaq ona görə öldürmədi ki, bir ikrah hiss etdi”.
(Paroni başını qaldırır. Luka amiranə tərzdə deyir.) Hə, hə, yaz!
“İkrah hiss etdi”, bunu da əlavə elə ki, “yazığı gəldi”, bax belə:
“Qarşısında alçalmağıma qarşı bir ikrah hiss etdi və mənə yazığı
gəldi”.
Paroni. Bu lap…
Luka. Bu, həqiqətdi… Çünki mənim əlimdə tapança var,
başa düşdün?
Paroni. Yaxşı, əzizim, qoy sənin ürəyin rahat olsun…
Luka. Çox gözəl. Yazdın?
Paroni. Hə, yazdım! Ümid edirəm ki, qurtardı daha?
Luka. Bir də bax bunu yaz! “Mən Luka Fatsioya deyəndə
ki, özüm əsl axmaq çıxdım, o, xeyli məmnun oldu”.
Paroni (kağızı kənara çəkir). Yox, bu olmadı daha.
Luka (amiranə). “Mən özüm əsl axmaq çıxdım”. Əzizim,
sən tapançanın lüləsinə yox, kağıza baxsan, öz mötəbərliyini daha
artıq saxlamış olarsan. Axı mən sənə dedim ki, Pulinonun
intiqamını almaq istəyirəm. İndi qol çək.
Paroni. Ala, bu da qol! Sonra nə eləməliyəm?
Luka. Ver bura!

233
   228   229   230   231   232   233   234   235   236   237   238