Page 229 - 1-ci cild
P. 229
Ëóèúè Ïèðàíäåëëî

Paroni (əvvəlki sevinclə). Bayaq Pulino haqqında
dediklərimi eşitdin?

Luka. Hə. Elə ona görə də mən burdayam.
Paroni. Sən bu işi görərsən?
Luka. Elə bu saat.
Paroni (şadyanalıqla). Əla!
Luka. Qulaq as. Mən tapançanı gicgahıma tuşlamışdım ki,
evin qapısı döyüldü.
Paroni. Romada?
Luka. Hə, Romada. Qapını açanda, bilirsən, qabağımda kimi
gördüm? Gvidi Madzarinini.
Paroni. Onu? O idi? Elə həmin dəqiqə?
Luka. O, əlimdəki tapançanı görən kimi başa düşdü ki, iş nə
yerdədi. Üstümə atıldı, əlimdən yapışdı, məni silkələyib qışqırdı:
“Necə? Sən özünü öldürmək istəyirsən? Ah, Luka, ömrümdə
fikirləşməzdim ki, sən belə axmaqsan! At yerə tapançanı! Əgər,
doğrudan da, bu işi görmək istəyirsənsə, mən sənə yolxərci verə
bilərəm… Kostanovaya get, əvvəlcə Leopoldo Paronini öldür!”
Paroni (indiyə kimi bu qeyri-adi və müdhiş söhbətə çox
diqqətlə qulaq asırdı; indi isə özünü tamam itirib, elə bil bu saat
dəhşətli bir zorakılıq olacaq, onun bütün bədəni süstləşib; ağzını
açır və güclə, həm də çox yazıqcasına gülümsəyir). Zarafat
eləyirsən?
Luka (bir addım geri çəkilir, bir yanağı tez-tez əsdiyi üçün
ağzı əyilib). Yox, zarafat eləmirəm. Madzarini mənim yolxərcimi
ödəyib…
Paroni. Sənin yolxərcini ödəyib? Sən nə danışırsan?
Luka. Budu, mən də gəlib-çıxmışam bura. İndi əvvəlcə səni
öldürəcəyəm, sonra özümü. (Tapançanı qaldırıb nişan alır.)
Paroni (əli ilə üzünü tutub güllədən yayınmaq istəyir və
qışqırır). Sən dəli olmusan, nədi? Yox, yox, Luka! Zarafatı burax,
Luka!.. Dəli olmusan?
Luka (amiranə bir tərzdə). Tərpənmə! Yoxsa bu saat ataram!
Paroni. Ay… ay…

229
   224   225   226   227   228   229   230   231   232   233   234