Page 225 - 1-ci cild
P. 225
Ëóèúè Ïèðàíäåëëî

Dördüncü redaktor. Zərbələr elə idi ki, atalarını yandırırdı!
(Hiss eləyir ki, onların bu nikbin ovqatını heç kim bölüşmür.) Nədi
axı, nə olub sizə?

Roza. Yazıq Pulino…
Beşinci redaktor. Pulinonun bura nə dəxli var?
Birinci redaktor. İki saat bundan əvvəl özünü asıb!
Dördüncü redaktor. Belə de… Lulu Pulino? Özünü asıb?
Beşinci redaktor. Yazıq Lulu! Hə, o deyirdi, şəxsən mənə
deyirdi ki, əzab-əziyyətlərdən zinhara gəlib… Yazığın canı
qurtardı… Yaxşı eləyib!
Paroni. Daha da yaxşı eləyə bilərdi! Elə bu saat bu barədə
danışırdıq! Əgər o, özünü öldürmək istəyirdisə, özünə yaxşılıq
eləmək istəyirdisə, başqalarına da yaxşılıq eləyə bilərdi, öz
vilayətinə də yaxşılıq eləyə bilərdi, Romaya gedib hamımızın
düşmənini – Gvidi Madzarinini öldürə bilərdi! Bu, onunçün çətin
bir iş deyildi, hətta, vicdan haqqı, onun yolxərcini də mən
verərdim. Amma indi, doğrudan da, lap axmağın axmağı kimi
ölüb getdi…
Birinci redaktor. Yaxşı, bəsdi! Gecdi daha!
İkinci redaktor. Hə, hə! Bu axşamın xəbərlərini sabah səhər
yazarıq.
Üçüncü redaktor. Əlbəttə. Bazaracan vaxt çoxdu hələ.
İkinci redaktor (təəssüflə ah çəkir). Yazıq Pulino haqqında
da yazarıq.
Roza (Paroniyə müraciətlə). Paroni, əgər istəsən, onun
haqqında mən yazaram. Mən onu görmüşəm axı.
Dördüncü redaktor. Biz də yolüstü ona baxa bilərik.
Roza. Bəlkə, o, hələ də asılı qalıb. Pretor gəlməmiş meyitə
əl dəymək olmaz. Pretor da hələ, deyəsən, Borqodan qayıdıb
gəlməyib.
Paroni. Hayıf! Hayıf! Gör də bir, əgər o, öz vilayətinin
intiqamını alsaydı, gör nə olardı də!.. Bazar nömrəsinin hamısını
ona həsr eləyərdik!..
Birinci redaktor (axır ki, divanda oturmuş Luka Fatsionu
görür). O! Baxın bir, Luka Fatsio burdadı!

225
   220   221   222   223   224   225   226   227   228   229   230