Page 221 - 1-ci cild
P. 221
Ëóèúè Ïèðàíäåëëî

Kommivoyajer. Siz də bu qəzetin redaksiya heyətinin
üzvüsüz?

Luka. Yox! Onlara rəğbət bəsləyirəm. Daha doğrusu, rəğbət
bəsləyirdim. Mən çıxıb getmək istəyirəm, əziz senyor. Bilirsiz,
bizim kimi xəstələr çoxdu Kostanovada. Mənim iki qardaşım da
əvvəllər redaksiyalarda işləyirdi. Srağagünə kimi mən tibbi
öyrənən tələbə idim. Bu gün səhər qayıdıb gəlmişəm ki, öz
evimdə öləm. Siz qəzet kağızı satırsınız?

Kommivoyajer. Hə, qəzet kağızı da satırıq, özü də
rəqabətdənkənar qiymətə.

Luka. Qəzet kağızı satırsız ki, qəzetlərin nüsxəsi çox
satılsın?

Kommivoyajer. Siz elə bilirsiz, kağızın bazar qiyməti…
Luka (onun sözünü kəsir). Bəli, bəli. Heç bilirsiz, sizin
həmişə səfərdə olmağınız, Allah bilir, neçə illər şəhərlərdən
şəhərlərə gəzməyiniz, həftəlik əyalət qəzetlərinə rəqabətdənkənar
kağız təklif etməniz barədə düşünmək mənimçün necə xoşdu!?
Düşünmək ki, on ildən sonra siz, bəlkə, yenə də gəlib bura
çıxacaqsız, bax bu divanı görəcəksiz, amma onda daha mən
olmayacağam… Kostanova da o vaxta, bəlkə, sakitləşdi…

Bayaq tətilçilərə baxmağa gedən üç redaktor özlərini tamam
itirmiş halda içəri girirlər. Onlar qışqırırlar:

Birinci redaktor. Paroni! Paroni!
İkinci redaktor. Elə bil meydana ildırım düşdü!
Üçüncü redaktor. Gəl, gəl bura, Leopoldo!

Leopoldo Paroni yeyin addımlarla şüşə qapıdan içəri girir. Bu
əsl respublikaçının əlində çirkli neft lampası var. Onun yaşı
əlliyə yaxın olar. Saçları şir yalına oxşayır, burnu yekədir,
bığlarının ucunu yuxarı qaldırıb, mefistotelsayağı saqqalı və
qıpqırmızı qalstuku var.

221
   216   217   218   219   220   221   222   223   224   225   226