Page 237 - 1-ci cild
P. 237
Æàí Ïîë Ñàðòð

Hər halda, fakt budur ki, Jan-Pol Sartrın Azərbaycan dilinə
ilk tərcüməçisi Süleyman Rüstəmdir.

Əslində, Sartrın o pyesinin adı “Lizzi” yox, “Mötəbər
fahişə”dir (belə yarımbaşlığı da var: “Lizzi Mak-Key”) və Süley-
man müəllimin rus dilindən bu tərcüməsi “Azərbaycan” jurna-
lının 1966-cı il, 10-cu nömrəsində çap olunub.

Bundan əvvəl isə elə həmin “Azərbaycan” jurnalının 1965-ci
il 4-cü nömrəsində Sartrın “Mən nə üçün Amerikaya getmədim”
adlı essesi dərc edilib, ancaq təəssüf ki, tərcüməçinin adı gös-
tərilməyib.

***

Sartr yalnız fransız ədəbiyyatında deyil, ümumiyyətlə, XX əsr
dünya ədəbiyyatında çox ciddi bədii-estetik və fəlsəfi iz qoymuş
romanlar, hekayələr, pyeslər və esselər müəllifidir.

Sartr yaradıcılığını (“dünya ədəbiyyatında Sartr hadisəsi”
desəm, elə bilirəm, daha dəqiq olar!) yalnız bir sözlə səciyyələn-
dirmək lazım gəlsəydi, mən deyərdim: orijinallıq. Və bu səciyyə
özündə təhkiyənin, dialoqların quruluşundakı orijinallıqdan
tutmuş dünyaya, həyata orijinal mütəfəkkir baxışına qədər Sartr
bədii-fəlsəfi təfəkkürünü ehtiva edir.

Yaradıcılığa erkən başlamış Sartr yalnız 35 yaşından sonra
ilk pyesini yazıb və bundan sonra XX əsr dramaturgiyasında və
teatrında “Sartr teatrı” anlayışı yaranıb. Yığcam şəkildə desəm,
mənim fikrimcə, bu anlayışın məğzində təfəkkür ilə vicdan
arasındakı vəhdətin bədii ifadəsi dayanır.

“Sartr teatrı”nda Molyer ənənələrindən gələn işartılara da
rast gəlmək olar, Balzakın, Stendalın, Hüqonun, Floberin fransız
nəsrində qələmə aldıqları mövzu və xarakterlərin inkişafını da
axtarıb-tapmaq olar, Sartrı ekzistensializmin başında duranlar-
dan biri hesab edirlər və bu zaman onun dramaturgiyası da
nəzərdə tutulur, ancaq şəxsən mənim üçün bu teatr – “Sartr
teatrı” bütövlükdə, bir küll halında tamam müstəqil, azad və

237
   232   233   234   235   236   237   238   239   240   241   242