Page 239 - 1-ci cild
P. 239
Æàí Ïîë Ñàðòð

Pyesdə Sovet İttifaqına hüsn-rəğbət bu ölkəyə məhəbbətdən
daha artıq dərəcədə haqqında yazdığı cəmiyyətdəki riyakarlığa,
insani hisslərin eybəcərliyinə qarşı dəruni nifrətin (gülüşün!)
bədii-estetik ifadəsi nəticəsində yaranıb.

SSRİ elə bir ölkə idi ki, onun mahiyyətini – yaxşı və pis cə-
hətlərini dərindən dərk etmək üçün bu ölkədə doğulmalı və bu-
rada yaşamalı idin, nə qədər ağla, güclü fəhmə, müşahidə
qabliyyətinə malik olsan da, SSRİ-nin gerçək mündəricatını
kənardan baxmaqla dərk etmək mümkün deyildi. Bu fikri mən
yalnız SSRİ-ni tərifləyib göyə qaldıranlara yox, həm də SSRİ-ni
tənqid atəşinə tutanlara şamil edirəm.

Bir var idi Romen Rollanın, Bernard Şounun, Andre Jidin və
yaxud da Lion Feyxtvangerin gördüyü SSRİ, bir də var idi həqiqi
SSRİ və bu həqiqi SSRİ-dəki gerçəkliyi, hətta Sartr kimi unikal
təfəkkür sahibi də görə bilmirdi, əslində, bu pyesi diqqətlə
oxusanız, görəcəksiniz ki, buna heç ehtiyac da yoxdur, çünki SSRİ
burada tamam şərti bir məfhum, mən deyərdim ki, şərti bir
obrazdır.

SSRİ qapalı bir ölkə olduğu üçün biz elə bilirdik ki, kapitalist
ölkələri cənnətdir, misal üçün, Fransa kimi ən mədəni və qabaqcıl
bir ölkədə demokratiya aşıb-daşır, orada cəmiyyət bizdə olduğu
riyadan, yalandan, satqınlıqdan uzaqdır. Ancaq bu gün bir daha
məlum oldu ki, hər şey nisbidir, riya, yalan, satqınlıq üçün siyasi-
ictimai sərhədlər mövcud deyil və bu, xislətdən gələn cəhətlərdir
ki, bütün quruluşlarda, bütün cəmiyyətlərdə özünü ifadə edib.

Başqa sözlə desəm, belə adi və məlum bir fikir var ki, ideal
cəmiyyət yalnız idealist müəlliflərin əsərlərində mövcuddur, real
həyatda isə belə bir cəmiyyət yoxdur, olmayıb və güman edirəm
ki, heç vaxt da olmayacaq. Sartın pyesini tərcümə edərkən mən
bir daha əmin oldum ki, fərd diferensial bir anlayış olduğu üçün
bu anlayışın ortaya qoyduğu mürəkkəblik və ziddiyyət ideal
cəmiyyətə tamam ziddir və bu ziddiyyəti yalnız utopik ədəbiyyat
aradan götürə bilər, həyat yox.

Sartrın komediyasında parodiya ünsürləri, fars məqamları,
qrotesk var və yazıldığı vaxtdan az qala altmış il keçməsinə,

239
   234   235   236   237   238   239   240   241   242   243   244