Page 243 - 1-ci cild
P. 243
Æàí Ïîë Ñàðòð

BİRİNCİ ŞƏKİL

Sena sahili. Körpünün üstü. Ay işığı.

Birinci gəliş

Rober yatıb. İrma oturaraq xəyala dalıb.

İrma. Ah!..
Rober (yarıyuxulu). Nədi?
İrma. O necə də gözəldi!..
Rober. Kim?
İrma. Kim yox e, nə... Ay!
Rober. Onun nəyi gözəldi? Hər gün elə eyni cürdü!..
İrma. Bax, gör necə yupyumrudu!
Rober. Nə deyirsən, de, ancaq belə şeylər varlı-pullu
adamlarçündü: Ay belə gəldi, ulduzlar, nə bilim, bülbüllər belə
getdi… (Yerini rahatlayıb təzədən yatır.)
İrma. Sən… sən bir o tərəfə bax! (Roberi silkələyir.)
Rober. Yenə nə olub? Məndən əl çəkəcəksən, ya yox?
İrma (olduqca həyəcanlı). O tərəfə bax! Ora!
Rober (gözlərini ovuşdura-ovuşdura). Nə olub?
İrma. Körpünün üstünə bax. Fənərin yanında… Mən onları
görən kimi tanıyıram… İndi özünü suya atacaq!
Rober. Yazda belələri çox olur.
İrma. Aya baxır. Gülməlidi! Mən də Aya baxırdım.
Pencəyini çıxarır… Səliqəyə salır… Ancaq sənə deyim ki, özü də
pis deyil…
Rober. Nə deyirsən, de, o da acizin biridi.
İrma. Niyə?
Rober. Ona görə ki, özünü çaya atır.
İrma. Elə mənim xoşuma gələn də budur da!..
Rober. Çünki sən arvadsan. Əsl kişi aləmi bir-birinə qatıb,
sonra ölməlidir! (Yenə uzanır.)

243
   238   239   240   241   242   243   244   245   246   247   248