Page 247 - 1-ci cild
P. 247
Æàí Ïîë Ñàðòð

Jorj. Nəyi görürəm? Bura bax, yoxsa sən Russonun
yazdıqlarıyla başını doldurmusan? Əlbəttə, mən anlayırdım ki,
intihar asan iş deyil. Amma elə bilirdim ki, suya atılan kimi
gedəcəyəm çayın dibinə. Hardan biləydim ki, sənin kimi qoca
axmaq mənim insani instinktlərimlə oynayacaq?

Rober. Biz sizə pislik etmək istəmirdik.
Jorj. Elə iş bundadı da!.. Bütün insanlar bir-birinə pislik
etmək istəyir, sən niyə hamı kimi deyilsən? Sən əməlli-başlı adam
olsaydın, gül kimi oturub gözləyərdin ki, mən nə vaxt batacağam,
sonra da ədəb-ərkanla gedib körpüdən mənim pencəyimi
götürərdin, üçümüz də olardıq xoşbəxt: mən sakitcə ölərdim, siz
də üç min frank qazanardız!
Rober. Sizin pencək üç minədi?
Jorj. Lap dörd minə də gedə bilər.

Rober əkilmək istəyir.

(Ondan yapışaraq.) Dayan! Nə qədər ki mən sağam, o
pencək mənimdir!

Rober. Düz sözə nə deyəsən…
Jorj. Əla təzə pencəkdi, ən son dəblə tikilib, astarı da ipək…
Sən daha o pencəyi görsən, qulağının dalını görərsən! Mən onu
geyib, onunla birlikdə öləcəyəm! İndi başa düşdün, ay səfeh? Sən
gərək qoyaydın ki, mən ölüm.
Rober. Bilirəm, ancaq… istəyirdim sizə yaxşılıq edim…
Jorj. Nə dedin?
Rober. Mən sizə yaxşılıq etmək istəyirdim.
Jorj. Yalan deyirsən!

Rober etiraz etmək istəyir.

Sus, yoxsa səni boğaram!
Rober. Nə istəyirsiz, edin. Mən olanı dedim.
Jorj. Bura bax, qoca, mən otuz beş il ömür sürmüşəm,
insanın nə dərəcədə rəzil məxluq olduğunu yaxşı öyrənmişəm.

247
   242   243   244   245   246   247   248   249   250   251   252