Page 251 - 1-ci cild
P. 251
Æàí Ïîë Ñàðòð

Rober. Dayan, nə edirsən? Mənim qarımı hara dartırsan? O,
mənim arvadımdı! Kömək edin! Kömək edin!..

Körpünün üstündə fənər işıqları
görünür, fit səsi eşidilir.

Rober (fənərlərin işığını görərək). Polislər!
Jorj. Onlar məni axtarır.
Rober. Siz kiminsə qarnına bıçaq soxmusuz?
Jorj (təhqir olunaraq). Bəyəm mən qatilə oxşayıram? Mən
dələduzam, bildin? Fırıldaqçıyam!..

Fit səsləri eşidilir.

(Fikirli.) Ölmək, ya da beş il qəfəs içində yaşamaq – budur
məsələ!..

Rober (körpü tərəfə baxaraq). Onlar, deyəsən, bura gəlirlər.
İrma. Mən sənə nə deyirdim? Elə biləcəklər ki, biz də
bununla əlbirik. Bizi ölənəcən döyəcəklər. (Jorja.) Əgər siz hələ
də özünüzü çaya atmaq istəyirsizsə, zəhmət olmasa, bizdən
çəkinməyin! Hətta biz sizə minnətdar olarıq. Sizdən çox xahiş
edirəm, bizim xətrimizə, onlar gələnəcən özünüzü çaya atın!..
Jorj. Mən heç vaxt heç kimin xətrinə heç nə etməmişəm,
indi də beş dəqiqənin içində fikrimi dəyişən deyiləm.

Rober ilə İrma bir-birinə baxır, sonra Jorjun üstünə cumub onu
suya atmaq istəyirlər.

Siz nə edirsiz?
Rober. İstəyirik sizə kömək edək.
İrma. Çətini ilk addımdır…
Jorj. Siz öz balanızı suda batırmaq istəyirsiz?
İrma. Öz balamızı?
Jorj. Siz məni xilas etmisiz, deməli, mən sizin övladınızam!

251
   246   247   248   249   250   251   252   253   254   255   256