Page 253 - 1-ci cild
P. 253
Æàí Ïîë Ñàðòð

Rober. Mən polisdən qorxmuram.
Hoble. Nahaq yerə!
Rober. Mən pis bir iş görməmişəm.
Hoble. Sübut edə bilərsən?
Rober. Siz gərək sübut edəsiz ki, mən nədəsə təqsirkaram.
Hoble. Biz milyonçu deyilik… Sübutların qiyməti bahadır.
Biz könüllü etirafa üstünlük veririk, çünki etiraf üçün qiymət
qoyulmayıb.
Rober. Mənim etiraf etməli bir işim yoxdu.
Hoble. Sakit ol, lap yaxşıca etiraf edəcəksən! Hər şey qa-
nunla olacaq. (Polislərə.) Aparın bunları!
Polis. Rəis, bunlar nəyi etiraf etməlidirlər?
Hoble. Pontuazdakı oğurluq – bu, bir, Şarantondakı qətl –
bu da iki!

Polislər Rober ilə İrmanı yaxalayırlar.

Dayanın. (Yaxınlaşaraq mehribancasına.) Mən istəmirəm ki,
orda sizi şil-küt eləsinlər. Olmaz ki, adam kimi danışaq?

İrma. Biz buna hazırıq, rəis.
Hoble. Biz bir nəfəri axtarırıq. Otuz beş yaşlarında, boyu bir
metr yetmiş səkkiz, qarayanız, gözləri boz, əynində idman
kostyumu, yaxşı da ədaları olan bir kişi – siz onu görməmisiz?
Rober. Nə vaxt?
Hoble. Bu gecə.
Rober. Allaha and olsun ki, yox. (İrmaya.) Bəs sən?
İrma. Siz təsvir edən o gözəl oğlanı yaddan çıxarmaqmı
olar? Görsəydim, o saat deyərdim!

Jorj asqırır.

Hoble. Bu kimdi?
İrma. Bizim böyük oğlumuz.
Hoble. Çənəsi niyə elə titrəyir?
İrma. Yatıb də.

253
   248   249   250   251   252   253   254   255   256   257   258