Page 257 - 1-ci cild
P. 257
Æàí Ïîë Ñàðòð
Danışa-danışa fotoşəkilləri bir-bir divara sancırlar.

Fifi. İdarə heyətinin iclası oldu.
Jül. Nə vaxt?
Fifi. Dünən.
Jül. Görürsən, mənə xəbər vermək heç ağıllarına da
gəlməyib. Əlbəttə, yiyə özləridi də!.. Bilmirsən, nədən
danışırdılar?
Fifi. Lüsen istədi ki, qulaq assın, amma onlar çox astadan
danışırdılar. İclas qurtarandan sonra idarə heyətinin sədri dedi ki,
bu gün bura gələcək.
Jül. Hiss edirəm ki, bu simic mənə girişmək istəyir…

Telefon zəng çalır.

Fifi. Alo!.. Oldu, cənab sədr! (Jülə.) Ona nə deyim? Soruşur
ki, bir saatdan sonra gələ bilər?

Jül. Onsuz da, ixtiyar sahibidir. Nə vaxt istəyir, onda da
gəlir…

Fifi. Əlbəttə, cənab sədr.
Jül. Qoca siçovul! Araqarışdıran! Simicin biri simic!

Qapı döyülür.

Kimdi?

Sibilo qapını açır.

Sənsən, Sibilo? Gəl. Nə lazımdı?

İkinci gəliş

Jül və Sibilo. Fifi gedir.

257
   252   253   254   255   256   257   258   259   260   261   262