Page 259 - 1-ci cild
P. 259
Æàí Ïîë Ñàðòð
Jül. Sibilo, bizim qəzetimiz məhəbbətə əsaslanır! Siniflər
arasındakı münasibətə əsaslanır! Mən istəyirəm, biz hamımız
məhəbbətimizlə, sevgimizlə ruhlanaq. Əgər bilsəydim ki, guya
sən pul naminə işləyirsən, o saat qovardım. Yox, sən
burjuaziyanın və proletariatın zənginliyinə mane olmaq istəyən
alçaqlara qarşı mübarizə aparırsan! Sən məhəbbət uğrunda
məhəbbətlə mübarizə edirsən!

Fifi əlində vərəqlər, içəri girir.

Yaxşı, get. Fikirləşərəm.
Sibilo. Sağ olun, cənab Paloten! Mən sizə çox minnətdaram.
(Gedir.)

Üçüncü gəliş

Jül, Fifi.

Jül (kağızları alıb baxır). O!.. O!.. O!.. (Qapıya yaxınlaşıb
qışqırır.) Tavernye! Periqor! Təcili yığıncaq!

Dördüncü gəliş

Jül, Fifi, Tavernye, Periqor.

Jül. Bura baxın, siz nə etmisiz? Axı bu, birinci səhifədir!
Sizin başlıqlarınıza hətta papuaslar da güləcək! “Misirdə inqilab”!
Daha sizə sözüm yoxdur! Oxucuları sevindirirsiz? Yenə inqilab!?

Periqor. Söhbət Misirdən gedir ki!..
Jül. Axmaq! Misir ikiaddımlıqdadır da! İnqilab – epidemiya
kimi bir şeydir! Biz gərək öz oxucularımızın əsəblərini qoruyaq!
Misiri keçir arxaya! Dördüncü səhifəyə! Özü də sadə bir başlıq
qoyun: “Misirdə nizamsızlıq”. Nizamsızlığı həmişə qaydaya
salmaq olur.
Periqor. Bəs birinci səhifəyə?

259
   254   255   256   257   258   259   260   261   262   263   264