Page 263 - 1-ci cild
P. 263
Æàí Ïîë Ñàðòð

Telefon zəng çalır.

Bir sensasiya da olsa – batdıq!
Fifi (dəstəyi götürərək). Alo!.. Bəli, bəli, cənab sədr. (Dəstəyi
yerinə qoyur.)
Jül. Yaxşı, hələlik.

Tavernye və Periqor otaqdan çıxır. Jül pencəyi geyinmək
istəmir, ancaq özünü məcbur edib geyinir.

Beşinci gəliş

Jül, Fifi, Baran.

Jül. Salam, əziz cənab Baran!
Baran. Salam, əziz cənab Paloten! Mən gözəl bir xəbərlə
gəlmişəm. Bu gün xarici işlər naziri mənə telefonla zəng etmişdi.
İncə tərzdə anlatdı ki, elanlarla bağlı monopoliyanı bizə verməyi
düşünür…
Jül. Bu lap biz gözlədiyimizdən də əla oldu ki!
Baran. Bəs necə!? Biz qəzetin keyfiyyətini qaldıra bilərik.
Jül. Biz iyirmi səhifə çıxacağıq! “Pari-press”sin də, “Frans-
suar”ın da axırına çıxacağıq! Bəs nazir bunun əvəzində nə istəyir?
Baran. Heç nə! Necə ağlınıza gətirə bilirsiz ki, o, nəsə istəyə
bilər? Biz hörməti qəbul edə bilərik, ancaq bizi heç zaman satın
almaq olmaz! “Suar-a-Pari” hökumət qəzetidir. Təbii ki, zamanla
ayaqlaşmaq üçün ona imkan yaradırlar. Ancaq mən açıqca sizə
deməliyəm: həmkarlarımdan bəzisi bu fikirdədir ki, “Suar-a-Pari”
artıq tükənib… Oxucuları coşqunluq, ehtiras, şövq ələ alırdı, on-
lara ruh verirdi, indi isə bunlar yoxdur…
Jül. Beynəlxalq vəziyyəti nəzərə almaq lazımdır. Gərginlik
azalır. Dünən, misal üçün, bir dənə də hadisə baş vermədi.
Baran. Elədir… Bilirsiz ki, mən həmişə sizi müdafiə
edirəm. Ancaq naziri də başa düşmək lazımdır… O, mənə dedi

263
   258   259   260   261   262   263   264   265   266   267   268