Page 265 - 1-ci cild
P. 265
Æàí Ïîë Ñàðòð

Jül. Hə, nə olsun?
Baran. Sizə deyirəm də, qəribə məxluqdur... Ağıl kəsən şey
deyil, amma o, almanlardan daha çox qorxur, nəinki ruslardan.
Ancaq bütün bunlara baxmayaraq, mən tam əminəm, siz ona
sübut etsəz ki, ruslar almanlardan daha qorxuludur, onda o, öz
namizədliyini geri götürəcək.
Jül. Mən bunu necə sübut edə bilərəm?
Baran. Onun on min seçicisi “Suar-a-Pari”ni oxuyur.
Jül. Nə olsun ki?
Baran. Bir az sərt olun! Hiddətlənin! Qorxun və qorxudun!
Qoy hamını təşviş bürüsün!
Jül. Mən elə bununla məşğulam da! Beşinci səhifə başdan-
başa qırmızıların təhlükəsinə həsr olunub!
Baran. Əziz cənab Paloten, idarə heyəti mənə tapşırıb, sizə
deyim ki, həmin beşinci səhifəniz heç nəyə yaramır. Yadıma sizin
gözəl icmalınız düşür: “Sabah – müharibədir!” Camaatı soyuq tər
basmışdı. Bəs sizin o fotomontajlar!? Sovet marşalı kəhər atın
belində Paris Notr-Dam kilsəsinə girir! Bax onlar əla idi!.. Ancaq
bu son ildə mən nəsə çox şübhəli bir tənəzzül müşahidə edirəm…
Deyin görüm, siz nəsə bir narahatlıq hiss edirsiz?
Jül. Siz niyə belə düşünürsüz?
Baran. Çünki oxucular sakitləşib.
Jül. Sakitləşib? Siz bir az şişirdirsiz, cənab sədr.
Baran. Qətiyyən şişirtmirəm. İki il bundan qabaq
Rokamadurdakı ziyafət yadınıza gəlir? Yüz metr aralıya ildırım
düşmüşdü. Qorxu, təşviş. Yüz nəfər həlak oldu. Sağ qalanlar
deyirdi ki, elə bilirdik, bizi sovet pilotları bombalayır. Onda bizim
həqiqəti yazan mətbuatımız əla işləyirdi. Amma indi… Dünən İc-
timai Fikri Araşdırma İnstitutu payladıqları sorğu anketinə
cavabları dərc etdirib… Oxumusuz?
Jül. Hələ yox.
Baran. Onlar müxtəlif ictimai təbəqələrin on min
nümayəndəsi arasında sorğu keçiriblər. “Siz harda öləcəksiniz?”
sualına on faizin cavabı belə olub ki, bilmirik. Qalanları cavab
verib ki, öz çarpayılarında öləcəklər.

265
   260   261   262   263   264   265   266   267   268   269   270