Page 269 - 1-ci cild
P. 269
Æàí Ïîë Ñàðòð

Polis pəncərədən içəri boylanıb əl fənəri ilə otağı işıqlandırır.
Jorj nəfəsini qısaraq dayanıb. Polis gedir. Jorj asqırmaq istəyir.

Ağzını açıb, burnunu tutur, çalışır ki, asqırmasın, amma
mümkün olmur və asqırır.

Veronika (kənardan). Kimdi burda?

Jorj bir də asqırır. Sonra pəncərəyə tərəf atılıb bir ayağını eşiyə
çıxarır. Fit səsi isə lap yaxından eşidilir.
Təzədən tələsik otağın dərininə gedir.
Bu vaxt Veronika otağa daxil olur.

Jorj (geri çəkilərək arxasını divara dirəyir və əllərini
qaldırır). Batdım…

Veronika. Kim batdı? (Jorja baxır.) Oğru!
Jorj. Hardadı? Hanı oğru?
Veronika. Siz oğru deyilsiz?
Jorj. Xeyr! Mən sadəcə sizə qonaq gəlmişəm.
Veronika. Gecənin bu vaxtı?
Jorj. Bəli.
Veronika. Onda bəs əllərinizi niyə yuxarı qaldırmısız?
Jorj. Çünki gecə vaxtıdı. Axı siz məni gözləmirdiz. Belə hal-
larda qonaq həmişə əllərini yuxarı qaldırır.
Veronika. Yaxşı da… Onda əllərinizi aşağı sala bilərsiz.
Jorj. Birdən siz qorxduz?..
Veronika. Əyləşin.

İkisi də əyləşir.

Düz deyirsiz, siz oğruya oxşamırsız.
Jorj. Təşəkkür edirəm. Çox xoşdur ki, mənə etibar edirsiz.
Veronika. Mən sizin əllərinizə etibar edirəm. Onlara baxan
kimi görürsən ki, heç nəyə yaramır. O saat hiss olunur ki, siz bu
on barmaqla ömrünüzdə heç nə etməmisiz.

269
   264   265   266   267   268   269   270   271   272   273   274