Page 273 - 1-ci cild
P. 273
Æàí Ïîë Ñàðòð
məntiqi var. Bu da mənə kömək edir. Amma sizin məntiqiniz
hanı? Hanı sizin tədbirli düşüncəniz? Əgər mən sizi düz başa
düşdümsə, polis çağırmaq istəmirsiz ki, məni tutsunlar?

Veronika. Məni düz başa düşmüsüz.
Jorj. Elə buna görə də siz məni tutduracaqsız. Etiraz
etməyin. Bütün qadınlar kimi, sizin də hissiyyatınız güclüdür,
fikrinizi isə tez-tez dəyişirsiz. Mənə gülümsəyirsiz, amma birdən-
birə heç nədən qorxub qışqıra bilərsiz.
Veronika. Mən sizi görəndə qışqırdım?
Jorj. Elə mən də bunu deyirəm də. Hələ qışqırmamısız,
deməli, qışqırmağınız irəlidədir. Mən qadınları tanıyıram. Əgər
qışqırmaq imkanı varsa, gec, ya tez, qışqıracaq. Polis qapını
döyən kimi başlayacaqsız qışqırmağa.

Qapı döyülür.

Qapı arxasından səs. Polisdir!
Jorj. Məni gizlədin!
Veronika. Keçin ora.

Jorj qonşu otağa qaçır. Veronika qapını açır.
Hoble içəri boylanır.

İkinci gəliş

Veronika, Hoble.

Hoble. Siz qarayanız, boyu bir metr yetmiş səkkiz santimetr
olan bir kişi görməmisiz?

Veronika. Xeyr.
Hoble. Elə belə də bilirdim. (Gedir.)

Veronika qapını bağlayır.

273
   268   269   270   271   272   273   274   275   276   277   278