Page 277 - 1-ci cild
P. 277
Æàí Ïîë Ñàðòð

Dördüncü gəliş

Veronika, Sibilo.

Sibilo. Sən hələ evdəsən?
Veronika. İndi gedirəm. Bilmirdim, sən belə tez gələcəksən.
Sibilo (kədərli). Mən də bilmirdim…
Veronika. Sənə bir şey deməliyəm…
Sibilo. Alçaqlar…
Veronika. Kimi söyürsən?
Sibilo. Hamısını! İçməyə bir şey ver!
Veronika. Sənə olmaz.
Sibilo. Cəhənnəmə olmaz! Ver dedim!
Veronika (qədəhi doldurur). Təsəvvür et ki…
Sibilo. Nankorlar! Qəddarlar! Alçaqlar! Biz hamımız
beləyik!
Veronika. Bir saat bundan qabaq…
Sibilo. Mən istərdim it olum. İt bilir, sədaqət nədir, məhəbbət
nədir. Yox, itlər də axmaqdı – insanları sevirlər. Mən pişik olmaq
istərdim! Yox, pişiklər də insanlara oxşayır. Mən köpəkbalığı
olmaq istərdim, gəminin ardınca üzüm, dənizçiləri də bir-bir
parçalayıb yeyim!
Veronika. Axı nə olub?
Sibilo. Məni bayıra atdılar!..
Veronika. Səni ayda iki dəfə bayıra atırlar.
Sibilo. Yox, bu dəfə, doğrudan da, belədi. Ömrümün on ilini
kommunistlərin ifşasına həsr etdim. Hər dəfə də nə bişirdimsə,
onu təptəzə souslarla oxuculara təqdim etdim. Diksmyudda
sabotajı kim fikirləşib quraşdırdı? Dövlət əleyhinə qəsdi kim uy-
durdu? Bəs poçt göyərçinləri ilə olan əhvalatı? Mən!.. Hamısını
mən!.. On ildir, Berlindən tutmuş Sayqonacan hər şeydən yazıb,
Avropanı müdafiə edirəm. Mən vyetnamlıların atasını yandırdım!
Çini inkar etdim! Sovet ordusunu təyyarələri-tankları ilə birlikdə
məhv etdim! Nəticəsi nə oldu? İnsan nankorluğu! Paloten məni
küçəyə atdı!..

277
   272   273   274   275   276   277   278   279   280   281   282