Page 275 - 1-ci cild
P. 275
Æàí Ïîë Ñàðòð

Əlbəttə, mən, amma etiraz etmirəm. Ömrümdə nümayişə
qoşulmamışam. İndi də, məni həbsxana, edam gözlədiyi bir
vaxtda həyatı olduğu kimi qəbul edirəm. Sizin iyirmi yaşınız var,
nə istəsəz – eləyə bilərsiz, necə istəsəz – yaşaya bilərsiz, amma
siz narazısız. (Şübhələnərək.) Bura baxın, siz qırmızılardansız?

Veronika. Çəhrayılardan.
Jorj. Bəs atanız? Bu, onun xoşuna gəlir?
Veronika. Yox. O, “Suar-a-Pari”də işləyir.
Jorj. Bax bu, başqa məsələ! “Suar-a-Pari” mənim sevimli
qəzetimdir. Atanız, həqiqətən, təmiz adamdır. Yəqin, o, əsl insan
kimi düşünür. Amma siz burnunuzdan uzağı görmürsüz. Mən
götür-qoy eləməyi bacarıram, gələcəyi görürəm. İnsanı xilas
etmək azdı, ona yaşamaqda kömək etmək lazımdı. Siz heç
fikirləşmisiz ki, sabah mənim başıma nə gələcək?
Veronika. Yəqin, yenə dələduzluğa başlayacaqsız.
Jorj. Tapmadız!
Veronika. Bəlkə, siz təmiz adam olmağa hazırlaşırsız?
Jorj. Yox, mən bunu demirəm. Ona görə tapmadız ki, daha
mənim əyri işlərlə məşğul olmaq imkanım yoxdur. Dələduz üçün
dövriyyədə olan kapital lazımdır. İki yaxşı kostyum, smokinq,
beş-altı köynək, üç cüt ayaqqabı, bir dəstə seçmə qalstuk –
qızıldan da sancağı, bir dənə də əsl dəridən portfel. Mənimki isə
əynimdəki bu nimdaş paltardır, cibişdanda da bir qəpik yox!..
Mən bu görkəmdə bir böyük bank müdirinin qəbuluna gedə
bilərəm?
Veronika. Mən sizə bir az pul verə bilərəm...
Jorj. Heç vaxt! Pul – müqəddəs şeydi! Mən onları heç vaxt
elə-belə qəbul etmirəm, mən onları götürürəm!
Veronika. Məndən də götürün.
Jorj. Sizdən götürə bilmərəm, çünki onu siz özünüz mənə
verirsiz. (Gözlənilmədən.) Qulaq asın, mənim işgüzar bir təklifim
var. Mən sizə müsahibə verməyə razıyam.
Veronika. Siz? Mənə?
Jorj. Axı siz jurnalistsiz. Suallarınızı verin.

275
   270   271   272   273   274   275   276   277   278   279   280