Page 279 - 1-ci cild
P. 279
Æàí Ïîë Ñàðòð

Sibilo. Sən dəli olmusan? Tez polisə zəng et!
Veronika. Yox, mənim ona yazığım gəlir.
Sibilo. Bəlkə, nəsə oğurlayıb? Onda onu həbs etmək
lazımdır.
Veronika. O, oğru deyil. Mən səndən xahiş edirəm, onda
işin olmasın. Səhər özü çıxıb gedəcək.
Sibilo. Yaxşı, cəhənnəmə ki, qalır, qalsın! Ancaq səs
salmasın! Mən fikirləşməliyəm! İşimdə qalmaq üçün dahiyanə
bir ideya tapmalıyam!
Veronika (qonşu otaqdakı Jorja tərəf). Eşitdiz? Atamın
işləməyinə mane olmayın! (Gedir.)

Beşinci gəliş

Sibilo təkdir.

Sibilo. İndi mən hardan tapım o ideyanı? Rus fahişələrini
təklif etdim, özü də şəkillərlə – istəmədilər. Başqa nə fikirləşib
tapa bilərəm? Sui-qəsd?.. Terror?.. (Hər sözdən sonra fikirləşir və
başını bulayır, yəni ki, yox.) Aclıq?.. Bundan nə qədər yazmaq
olar? Köhnəlib… 1917-ci ildən sonra elə eyni sözlərdi!..
(Qəzetləri nəzərdən keçirir.) Nekrasov qaçıb. (Oxuyur.) Təfərrüatı
yoxdur. Kimsə bundan yaxşıca qazanacaq! Ancaq mən yox,
kimsə, bir başqası! (Yenidən fikirləşir.) Təxribat?.. Çevriliş?..

Jorj bərkdən asqırır.

Sakit işləməyə də qoymurlar! Sui-qəsd?.. Terror?.. Bəlkə, o
biri ucundan başlayıb bir şey yazaq? Qərb mədəniyyəti?..
Avropanın missiyası?.. Mənəvi azadlıq?..

Jorj yenə asqırır.

Ey, səsinizi kəsin orda! (Yenidən fikirləşir.) Şəkillərlə sui-
qəsd?.. Bəlkə, şəkilsiz sui-qəsd?..

279
   274   275   276   277   278   279   280   281   282   283   284