Page 283 - 1-ci cild
P. 283
Æàí Ïîë Ñàðòð

Sibilo. Bu…
Jorj. Hə… İndi özünüz qərar verin. Əgər siz məni onlara
versəz, bütün gecəni yatmayacaqsız, fikirləşəcəksiz, ancaq mənası
yoxdur, ağlınıza heç bir ideya gəlməyəcək, səhər də sizi işdən qo-
vacaqlar. Yox, əgər məni xilas etsəz, varlı, məşhur olacaqsız!..
Yaddan çıxarmayın ki, mən dahiyəm.
Sibilo. Axı mən hardan bilim ki, siz, həqiqətən, dahisiz?
Jorj. Polis müfəttişindən soruşa bilərsiz. (Mizin üstündən
qəzet götürüb qonşu otağa keçir.)

Sibilo çöl qapısını açır.

Yeddinci gəliş

Sibilo, Hoble.

Hoble. Cənab Sibilo?
Sibilo. Bəli, mənəm.
Hoble. O hardadır?
Sibilo. Kim?
Hoble. Jorj de Valera.
Sibilo (bu ad onu xeyli təəccübləndirir). Siz Jorj de Valeranı
axtarırsız?
Hoble. Hə. Ancaq mən tamam ümidsizəm ki, haçansa onu
tuta biləcəyəm. Balıq kimi sürüşüb əlimdən çıxır. İcazə verin, otu-
rum. (Otağı gözdən keçirir.) Royalınız yoxdur. Bu, yaxşıdır.
Sibilo. Sizin royaldan xoşunuz gəlmir?
Hoble. Mən onu həddən artıq tez-tez görürəm.
Sibilo. Harda?
Hoble. Varlıların evində. İcazənizlə, özümü təqdim edim:
polis müfəttişi Hoble.
Sibilo. Çox şadam.
Hoble. Eviniz xoşuma gəlir... Mebelləriniz də mənimki
kimidir. Bu mənzərə də xoşuma gəlir. (Barmağı ilə divardan
asılmış şəkli göstərir.) Kim çəkib?

283
   278   279   280   281   282   283   284   285   286   287   288