Page 285 - 1-ci cild
P. 285
Æàí Ïîë Ñàðòð

Hoble. Altmışla yetmiş eyni şeydir də… Əgər siz yüz min
alsaydız, onda başqa cür olardı. (Hissə qapılaraq.) Yazıq cənab
Sibilo!..

Sibilo. Yazıq cənab müfəttiş!..

Əl tuturlar.

Hoble. Biz bir-birimizi başa düşürük, hə? Kasıbçılığımızı
da, böyüklüyümüzü də. Bir az içək!

Sibilo. Məmnuniyyətlə!

Qədəhləri doldurub içirlər.

Hoble. Qərb mədəniyyətini qoruyanların şərəfinə!
Sibilo. Varlıları müdafiə edən, ancaq onları qətiyyən sev-
məyənlərin şərəfinə! Yeri gəlmişkən, bəlkə, sizdə bir ideya var?
Hoble. İdeya?
Sibilo. Hə. Kommunizmi məhv etmək barədə.
Hoble. A-a-a… Deməli, təbliğat şöbəsində işləyirsiz! Siz heç
zaman öz ideyanızı tapa bilməyəcəksiz. Çünki hiyləgər deyilsiz!
Necə ki mən heç vaxt Valeranı tuta bilməyəcəyəm!..
Sibilo. Yəni o, belə bicdi?
Hoble. O? Əgər mən gurultulu sözlərdən qaçmasaydım,
deyərdim ki, o, dahidir! Söz düşmüşkən, deyirdiz o, sizin
mənzildə gizlənib…
Sibilo. Mən?.. Mən dedim ki, kimsə…
Hoble. Bu, odur. Əgər o, burda olubsa… məntiqə görə, elə
indi də burda olmalıdı… Mən hər tərəfə adamlarımı düzmüşəm.
Ancaq siz görürsüz də, mən onun haqqında necə yüksək
fikirdəyəm. Ona görə də mənzilinizi axtarmayacağam. Yüz faiz
əminəm ki, o, artıq aradan çıxıb. Allah bilir, indi hardadı, özünü
də nə adla qələmə verir. Bəlkə, elə o, sizsiz?
Sibilo. Mən?

285
   280   281   282   283   284   285   286   287   288   289   290