Page 287 - 1-ci cild
P. 287
Æàí Ïîë Ñàðòð
Bəs sizin ideyanız nə oldu?
Jorj (tələsmədən özünə bir badə çaxır süzür, Sibilonun
qəlyanlarından birini dolduraraq qəzeti qarşısına qoyur). Bax
mənim ideyam belədi…

DÖRDÜNCÜ ŞƏKİL

Palotenin kabineti.

Birinci gəliş

Paloten, Tavernye, Periqor, Fifi.

Jül. Saat neçədir?
Tavernye. Ona iki dəqiqə qalıb.
Jül. Sibilo hələ gəlməyib?
Tavernye. Yox.
Jül. Amma həmişə vaxtından əvvəl gəlirdi.

Telefon zəng çalır.

Fifi. Alo!.. Bəli, cənab sədr! (Jülə.) İdarə heyəti yığılıb.
Soruşurlar ki, yeni nə var?

Jül. Yeni nə var? Qoy cəhənnəm olsunlar!
Fifi. Cənab sədr, o, mətbəəyə getdi...
Jül. Dayan… Ona de ki, yaxşı bir sürpriz hazırlayıram.
Fifi. Özü də xahiş etdi, deyim ki, sizə gözəl bir sürpriz
hazırlayır.
Jül. Simicin biri simic!.. Sürpriz istəyir!.. (Fifiyə.) Tez elə,
Sibilonu çağır!
Fifi (yenə telefonun dəstəyini qaldırır). Sibilonu redaktor
çağırır! (Jülə.) Hələ gəlməyib…
Jül. Saat neçədir?

287
   282   283   284   285   286   287   288   289   290   291   292