Page 291 - 1-ci cild
P. 291
Æàí Ïîë Ñàðòð

Sibilo. Xaricdən gəlib.
Jül. Milliyyəti nədir?
Sibilo. Sovet adamı!..
Jül. Sovet adamı?
Sibilo. O, məmurdur. Dəmir pərdəni yarıb gəlib…
Jül. Böyük məmurdur?

Jorj Sibiloya işarə edir, yəni ki“hə”.

Sibilo. Bəli! (Dəhşət içində.) Yəni… yox!.. Orta səviyyəli…
Orta… bəlkə, bir az da aşağı… Bir sözlə, kiçik məmurdur.

Jül. Mənim nəyimə lazımdır kiçik sovet məmur ki, onu
dartıb bura gətirmisən?

Sibilo. Heç özüm də bilmirəm…

Jorj hiddətlə işarələr edir.

Fikirləşirdim ki, özü… sizə… bəlkə, maraqlı bir şey dedi…
Jül. Nə? Nə deyəcək mənə? Necə gözəl traktorları var? Ya
tozsovuran maşın düzəldiblər? Mən sənə dedim ki, böyük bir
kampaniyaya başlayıram!.. Sən də mənasız bir fikirlə yanıma
gəlirsən? Oxucular daha bunu istəmirlər. Boğaza yığılıblar! Demi-
dov deyirdi ki, böyük bir təsərrüfatı var, ancaq onun cəmi-
cümlətanı dörd məqaləsini verə bildik. Hətta Bido da indi onu
nahara dəvət etmir! Nə olsun ki, qaçıb gəlib? Azad dünyanı
seçib?.. Ona bir boşqab şorba ver, özünü də göndər yataqxanaya!
Vəssalam!
Sibilo. Tamamilə doğrudur, cənab redaktor! Təsəvvür edə
bilməzsiz ki, mən sizinlə necə razıyam!
Jül. Deməli, sənin ideyan elə bundan ibarətdir?
Sibilo. Bəli.
Jül. Axmaq! Xoş gəldin, gedib haqq-hesabını ala bilərsən!
Sibilo. Təşəkkür edirəm, cənab redaktor! Sağ olun, cənab
redaktor. (Getmək istəyir.)

291
   286   287   288   289   290   291   292   293   294   295   296