Page 293 - 1-ci cild
P. 293
Æàí Ïîë Ñàðòð

Jorj. Əgər mən sizə hər şeyi açıb desəm, ölümcül bir təhlükə
ilə üzləşəcəksiz!

Jül. Ölümcül təhlükə? Onda deməyin… Yox, deyin! Tez
deyin!

Jorj. Mənə baxın! Yaxşı-yaxşı baxın! Hə?!
Jül. Nə “hə”?
Jorj. Mənim fotom qəzetinizin birinci səhifəsində çap ol-
unub...
Jül. Bəyəm mən bütün fotoları xatırlaya bilərəm?
Jorj (cibindən qara göz örtüyünü çıxarıb sağ gözünü örtür).
Bəs belə olsa?

Pauza.

Jül. Nekrasov!

Sibilo dəhşət içində Jorja baxır.

Jorj. Yavaş! Eşitsələr, sizi öldürə bilərlər!.. Sizin redak-
siyada yeddi silahlı kommunist var!

Jül. Kimdi? Kimdi onlar?
Jorj. Sonra… İndi birbaşa təhlükə yoxdur.
Jül. Nekrasov! (Sibiloya.) Sən də bunu mənə demirdin, hə?
Sibilo. And olsun ki, bunu heç mən özüm də bilmirdim! And
içirəm!
Jül. Nekrasov!.. Sibilo, sən dahisən! Mənim əzizim!
(Sibilonu qucaqlayır.)
Sibilo. Aman Allah!.. (Özündən gedir.)
Jorj (ikrah hissi ilə ona baxaraq). İndi biz təkbətək danışa
bilərik!
Jül. Ümid edirəm, mənim sualımdan inciməyəcəksiz.
Jorj. Məni heç kim incidə bilməz. Xüsusən də siz. Siz
mənim üçün çürümüş burjua meyitisiz. Nə istəyirsiz, soruşun.
Jül. Siz nə cür sübut edə bilərsiz ki, həqiqətən, Nekrasovsuz?
Jorj. Heç cür.

293
   288   289   290   291   292   293   294   295   296   297   298