Page 297 - 1-ci cild
P. 297
Æàí Ïîë Ñàðòð

Jül. Bir-ikisini deyin də! Onlar kimi güllələmək istəyirlər?
Yəqin, nazirlərin hamısını, hə?

Jorj. Hamısını! Təkcə onları yox, bütün keçmiş nazirləri də.
Deputatların da hamısını.

Jül. Deyin görüm, Perdriyer famili sizə tanış gəlir?
Jorj. Perdriyer?
Jül. Qarşıdakı seçkilərdə namizəddir… Mən istərdim ki,
onun da adı sizin əzbərlədiyiniz siyahıda olsun.
Jorj. Perdriyer? Əlbəttə! Birincilərdən biridir!
Jül. Təşəkkür edirəm! Bəs mətbuat aləmindən də kimsə var?
Jorj. Nə qədər desəz!
Jül. Hə?.. Misal üçün?
Jorj. Siz!
Jül. Mən? (Tələsik əl atıb telefonun dəstəyini qaldırır.)
Periqor, altı səhifənin hamısının başlığına manşet: “Nekrasov
Parisdədir. Bizim redaktorun adı qara siyahıda”! Yaxşıdı? (Dəstəyi
yerinə qoyur.) Məni güllələmək istəyirlər… Belə də alçaqlıq olar?
Jorj. Onlara nə var ki!?
Jül. Bura baxın, mən nüfuzlu bir qəzetin redaktoruyam.
Onlar Parisi tutandan sonra da hansısa bir hökumət olacaq, ya
yox? O hökumət qəzetsiz nə edəcək?
Jorj. Onlara nə var ki?
Jül. Məni güllələmək istəyirlər. Alçaqlığa bir bax!.. Ancaq…
əslində, elə də pis xəbər deyil… Bu, mənim çəkimi artırır… Elə
indi, elə bil ki, böyümüşəm, çəkim artıb!.. (Güzgünün qarşısına
keçir.) Bax bu adamı güllələyəcəklər! Mən özüm özümə tamam
başqa gözlə baxıram. Bilirsiz, bu, mənə nəyi xatırladır? Fəxri Le-
gion ordenini aldığım günü! Bizim idarə heyətinin üzvləri necə?
Onlar da siyahıdadır?

Dördüncü gəliş

Jül, Jorj, Baran, Nersya, Lerminye, Şarivye, Berjera.

297
   292   293   294   295   296   297   298   299   300   301   302