Page 301 - 1-ci cild
P. 301
Æàí Ïîë Ñàðòð

Şarivye. Əziz cənab Baran…
Baran. Siz istəyirsiz ki, qoca arvadları belə sensasiyalarla
vəcdə gətirəsiz! Buna görə də iyirmi ilin dostluğunu qurban verir-
siz! Mən sübut edəcəyəm ki, bu adam dələduzun biridir,
yalançıdır! (Gedir.)

Beşinci gəliş

Barandan başqa hamı burdadır, sonra Fifi gəlir.

Hamı:
– Ay-yay-yay!..
– Ay-yay-yay!..
– Ay-yay-yay!..
Jorj. Cənablar, siz hələ nə bilirsiz ki?!
Nersya. Deyin də! Deyin!
Berjera. Danışın! Tez, tez eləyin!..
Jorj. Bir dəqiqə!.. Mən istəyirəm, bəzi şeyləri sizə izah
edim. Həm də bəzi şərtlərim var.
Lerminye. Biz sizi dinləyirik!
Jorj. İlk növbədə, anlaşmazlıq olmasın deyə bilməlisiz ki,
mən sizə nifrət edirəm.
Nersya. Bu, məlum məsələdir.
Berjera. Başqa cür olsaydı, biz təəccüb edərdik.
Jorj. Mənim üçün siz kapitalizmin tor-töküntülərisiz!
Şarivye. Bravo!
Jorj. Düzdür, mən Sovet İttifaqından qaçmışam, ancaq
sizləri görməyə gözüm yoxdur. Siz mənim üçün çaqqal-
çuqqalsız!..
Lerminye. Bu, sizə şərəf gətirir!
Nersya. Bizlə belə açıq danışdığınıza görə sizə minnətda-
rıq!
Jorj. Mən əminəm ki, yüz ildən sonra sosializm təntənə ilə
qələbə çalacaq!

301
   296   297   298   299   300   301   302   303   304   305   306