Page 303 - 1-ci cild
P. 303
Æàí Ïîë Ñàðòð

Jorj. Onda haydı, işə başlayırıq.
Jül. Bəs yeddi silahlı kommunist?
Jorj. Hansı kommunist?
Jül. Bizim redaksiyada gizlənənləri deyirəm…
Jorj. A-a-a… Hə-ə-ə…
Nersya. Redaksiyada kommunistlər var?
Jül. Yeddi nəfər. (Jorja.) Siz belə dediz də?
Jorj. Bəli.
Nersya. İnanılmazdır! Onlar bura necə soxulublar?
Lerminye. Onlar silahlıdır?
Jorj. Elə bir şey deyil: əl bombalarıdı, partlayıcı maddələrdi,
tapançalardı… Döşəmənin altında da bir neçə avtomat. Vəssalam!
Nersya. Axı bu, təhlükəlidir!
Jorj. Yox, indi bu, təhlükəli deyil. Keçək əsas məsələyə.
Berjera. Əsas məsələ elə budur də!
Nersya. Axı idarə heyətinin üzvlərinə sui-qəsdin qarşısını
almaq da sizin borcunuzdur!..
Jorj. Onlar sizi öldürməyə hazırlaşmır...
Nersya. Onda silah nələrinə lazımdır?
Jorj. Bunu sonra biləcəksiz.
Jül. Hər halda, redaksiyanı təmizləmək lazımdır. Cənab
Nekrasov onların adlarını bizə deyəcək!..
Lerminye. Mütləq!
Berjera. Alçaqlar!..
Lerminye (Jülə). Siz onları dərhal rədd edin!
Jül. Birdən atəş açdılar?
Berjera. Polis çağırın! Zirehli maşınla gəlsinlər!
Şarivye. Onları tez susdurarlar.
Lerminye. Hər halda, onların ünvanını daxili işlər nazirinə
bildirmək lazımdır.
Nersya. Paloten, bütün redaksiyalara zəng edin ki, onları işə
götürməsinlər.
Şarivye. Qoy acından ölsünlər!
Nersya. Siz qorxmursuz ki, onlar intiqam almaq üçün bizim
üstümüzə bomba ata bilərlər?

303
   298   299   300   301   302   303   304   305   306   307   308